SON XƏBƏRLƏR

Pompeo: “İrana qarşı maksimum təzyiq kampaniyası Tehran müzakirəyə razılıq verənə qədər davam edəcək”

2021.10.20, 07:36
Pompeo: “İrana qarşı maksimum təzyiq kampaniyası Tehran müzakirəyə razılıq verənə qədər davam edəcək”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo fevralın 13-də Almaniyaya və Səudiyyə Ərəbistanına səfəri ərəfəsində jurnalistlərə açıqlamasında ölkəsinin İran rejiminə qarşı maksimum təzyiq siyasətinin davam etdiriləcəyindən danışıb.

 

Öz açıqlamasında Ər-Riyadda aparılacaq danışıqların əsas mövzusunun İran məsələsi olacağını bildirən Pompeo deyib ki, rəsmi Tehran, danışıqlar masasına qayıtmayana qədər İrana qarşı təzyiqlər daha da artacaq: “İrana qarşı maksimum təzyiq kampaniyası və bu kampaniyanın Tehran rejiminin Aramko neft təsisatlarına qarşı raket atmaq üçün istifadə etdiyi maliyyə resurs və mənbələrinin azaldılmasına təsiri davam edir.

 

İranın maliyyə imkanları hələ ki, sıfıra enməyib. Onların əlində hələ də müəyyən maliyyə imkanları var. Lakin onlar (iranlılar) “Hizbullah” və ya İraqdakı yarı hərbi qüvvələrdən hansı birisinə dəstək vermək üçün seçim qarşısında qalıblar. İranın maliyyə mənbələri azaldıqca, bütün bunlar onun üçün çətin seçimlərə çevrilib. Bir gün iranlılar bu nəticəyə gəlib çıxacaqlar ki, ən düzgün addım, Amerika ilə danışıqlar aparmaq və prezident Trampın prioritet məsələlərindən olan İranın nüvə məsələsi ilə bağlı ixtilafların həlli üçün bir yol axtarıb tapmaqdır.

 

Tramp hökuməti İran rejiminin nə bu gün, nə gələn il, nə də heç vaxt nüvə silahı əldə etməyəcəyindən əmin olmaq istəyir. Məhz bunları nəzərə alaraq əminəm ki, Ər-Riyada səfərimdə Səudiyyə Ərəbistanı rəsmiləri ilə keçirəcəyim görüşlərdə bu barədə danışıqlar aparacağıq” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında bəyan edib.   

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar