SON XƏBƏRLƏR

Pompeo İranın dinc nüvə fəaliyyətinə qarşı güzəşt müddətinin uzadılmasına göstəriş verib

2021.10.20, 07:36
Pompeo İranın dinc nüvə fəaliyyətinə qarşı güzəşt müddətinin uzadılmasına göstəriş verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın dinc nüvə fəaliyyətləri ilə bağlı güzəştləri uzadıb.

 

Bununla da, xarici ölkələrin şirkətləri İranla nüvə təsisatlarının modernləşdirilməsi və digər sahələrdə ABŞ sanksiyalarına məruz qalmamaqla, qanuni şəkildə həmkarlıq edə biləcəklər.

 

Departamentin məsələ ilə bağlı açıqlamasında qeyd edilir ki, bu qərarın qəbul edilməsi beynəlxalq ictimaiyyətin İranın nüvə fəaliyyətlərinə daha güclü nəzarət etməsinə şərait yaratmaqla, bu ölkənin kütləvi qırğın silahları əldə etməsinin qarşısını alacaq.

 

Bəyanatda həmçinin bildirilir ki, Hərtərəfli Birgə Fəaliyyət Proqramına əsasən qəbul edilmiş bu qərar İranın nüvə silahı əldə etmə müddətini azaltmaq üçün göstərdiyi təlaşların qarşısını alacaq.

 

Amerikanın yeni güzəşti nüvə razılaşmasında qalan digər ölkələrə Fordo, Ərak və Buşehr Atom Elektrik Stansiyasında İranla dinc nüvə proqramı sahəsində əməkdaşlığı davam etdirməyə imkan verəcək. Bununla da, ABŞ İranın nüvə proqramına qarşı qəbul edilmiş məhdudiyyətlərə riayət etməsi və nüvə silahı əldə etmək potensialına malik ola bilməyəcəyinə əmin olacaq.

 

Departament sonda qeyd edib ki, bu güzəştə rəğmən, ABŞ-ın İranın nüvə proqramına qarşı sanksiyaları və məhdudiyyətləri davam edəcək və bu ölkənin kütləvi qırğın silahları əldə edə bilməməsi üçün yeni embarqolar tətbiq ediləcək.

 

Digər tərəfdən, Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus qeyd edib ki, Mayk Pompeo “Sepah” terror təşkilatının nəzarətində olan tikinti sektoruna qarşı ağır sanksiyalar tətbiq etməyə hazırlaşır. Bundan başqa, o, “Sepah”ın raket və nüvə proqramlarında, eləcə də hərbi sahədə İranın ehtiyac duyduğu vasitələri əldə edə bilməməsi üçün də tədbirlər planı hazırlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar