SON XƏBƏRLƏR

Pompeo: "İranın nüvə silahına sahiblənmək ücün atdığı addımlar rejimin beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdididir"

2021.10.20, 07:36
Pompeo: "İranın nüvə silahına sahiblənmək ücün atdığı addımlar rejimin beynəlxalq sülh  və təhlükəsizliyə qarşı təhdididir"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İranın Nüvə silahına sahib olmaması ücün bütün addımları atmağa hazırdı. Birləşmiş  Ştatların Dövlət  katibi Mark Pompeonun imzası  ilə yayılan bəyanatda belə  deyilir. Pompeo dünyaya müraciət edərək bunları söyləyib. İranın nüvə silahına sahiblənmək ücün atdığı addımlar, rejimin beynəlxalq sülh  və təhlükəsizliyə təhdididir. Artıq  beynəlxalq birliyin, İranın  təhdidlərinin qarşısında durmasının vaxtı catıb. Dünya indi İranın davranışlarından narahatdırdsa,  nüvə silahı əldə edəndən sonra  İran rejiminin nə  qədər təhlükəli olacağını düşünülməlidir. Birləşmiş Ştatların Dövlət katibinin bəyanatında belə  deyilir.

 

İran  hakimiyyətinin təhlükəli  gedişlərini   təhlil edən Vaşinqtondakı  beyin mərkəzləri də problemin həllində hökumətə alretnativlər  təklif edir. Amerika Xarici Siyasət konsulunun vitse prezidenti İlan Berman hesab edir ki, Amerikalı  siyasətcilər  İran mövzusunda diqqətsizliyə  yol verir. İran rejiminin təhlükəsinin qarşısı alınarkən, ölkə daxilindəki fərqli millətlərin maraqlarını da nəzərə alınmalıdır.

 

​İlan Bermanın dedikləri “Düşünürəmki etnik qruplar mövzusu  danışıqlarda  və müzakirələrdə cox vacibdir. Amma Amerikalı Siyasətcilər buna diqqət etmir. Amerika siyasətciləri İrana büyöv  baxır  və ordakı xalqlara ayrı-ayrılıqda  diqqət etmirlər. Reallıqda isə İran etnik qruplardan ibarətdir. Amerika siyasətciləri bilməlidirki o etnik qrupların istəkləri nədir. Orda bəlluclar, kürdlər, Azərbaycanlılar və digər xalqlar  var.Biz onların istəklərini öyrənərək, başa düşərsək  o zaman yaxşı qərb siyasəti yürütmüş olarıq. İrana təkcə farslarındır kimi baxmaq lazım deyil. Bu yetmir. Biz başa düşməliyik, İranın  mürəkkəb mədəniyyəti  var və elə etməliyik bütün etniklər razı qala bilsin.”

 

İlan Berman hesab edir ki, İran cəmiyyətini dərindən öyrənmək də  bu işin əsas hissəsi olmalıdır. Məsələn, İran ordusunun generalı Kasım Süleymaninin öldürülməsindən sonra Amerikanın səsizləşməsini region  ücün təhlükəli hesab edir.

 

Olan Bermanın dedikləri “Düşünürəm Süleymaninin öldürülməsi İrana böyük zərbədir. Hamımız bilirik ki, o İran ücün böyük hərbi komandir idi və ən azı indi  onu kimsə əvəz edə bilməz. Həm də İran da seckilərə hazırlaşır və ölkədə duruma nəzarəti əldə saxlamağa calışır. Əsas sual budur! Amerikanın dost ölkələri nə edəcəklər. Əgər onun öldürülməsi birdəfəlik əməliyyat idisə onda effekti olmatacaq. Əgər Amerika indki durumda düzgün gedişlər edərsə  rejimə zərbə vurmaqda İran xalqına kömək edə bilər”.

 

Xatırladaq ki, İranla 2015-ci ildə İngiltərə, Fransa, Almanya, Çin, Rusya və Amerika arasında nüvə razılaşması olmuşdu. Prezident Truamp 2018-ci ildə ölkəsini bu razılaşmadan  geri cəkmişdi. Həmin tarixdən  Birləşmiş Ştatlar  İrana qarşı sanksiyaları tam olaraq təzələyib.Eyni zamanda Amerika özü və dostları ücün təhlükəli olan addımları yerindəcə zərərsizləşdirmək siyasəti yürüdür.Qənirə Ataş, Günaz TV-nin Vaşinqton bürosu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar