ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 27-də “Tvitter” hesabında etdiyi paylaşımnda İranın raket proqramından və beynəlxalq ictimaiyyətin bu məsələdən nigaran qalmasından danışıb.
Gunaz.tv
Pompeo deyib ki, İranın raket proqramı böyük nigaranlığa səbəb olub və Amerika Birləşmiş Ştatları rəsmi Tehranın apardığı bu proqramı dayandırmaq üçün bütün sanksiya vasitələrindən istifadə edəcək: “Amerika dünyada kütləvi qırğın silahların yayılmasına səbəb olan İranın raket proqramına dəstək verən Çin və Rusiyanın 4 qurumuna qarşı sanksiya qoyub.
Biz İranın raket qabiliyyətlərini gücləndirməsinin qarşısını almaq üçün bütün sanksiya vasitə və imkanlarından faydalanacaq, buna imkan verməyəcəyik” -deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo “Tvitter”də etdiyi paylaşımında bildirib.
A.M