SON XƏBƏRLƏR

Pompeo: “İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq”

2021.10.20, 07:36
Pompeo: “İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq”

Gunaz.tv

GünazTV: İyunun 2-də İsveçrəyə səfər edən Amerikanın dövlət katibi Mayk Pompeo isveçrəli həmkarı ilə görüşdən sonra birgə keçirdiyi mətbuat konfransına qatılaraq, İranla mümkün danışıqlardan və rəsmi Tehranın regionda yürütdüyü dağıdıcı siyasətindən danışıb.

 

Pompeo bildirib ki, Tramp hökuməti İranın bölgədə yürütdüyü təxribat xarakterli siyasətinin qarşısını almaq üçün İrana qarşı maksimum təzyiq siyasətini bundan sonra da davam etdirəcək: “Biz, İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq. Bir sözlə, biz İran rəhbərləri ilə danışıqlar masası arxasında oturub müzakirə aparmağa tam hazırıq. Lakin buna baxmayaraq, Amerika Birləşmiş Ştatları İranın regionda apardığı şər xarakterli fəaliyyətinin qarşısını almaq üçün öz səyini davam etdirəcək” –deyə Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, Vaşinqton bundan əvvəl Amerikanın İranla bağlı yeni strategiyasını elan edərək, rəsmi Tehranla yeni bir sazişə gəlmək üçün 12 şərt irəli sürmüşdü.

 

İran İslam Respublikasının dünyada terrorizmin ən böyük himayədarı olduğunu deyən Tramp hökumətinin rəsmiləri bildirirlər ki, İran BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd addım ataraq, ballistik raket proqramını davam etdirir, Orta Şərqdə sabitliyi pozur, region ölkələrini təhdid edərək, onların daxili işlərinə qarışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar