SON XƏBƏRLƏR

Pompeo: “İranla qeydsiz-şərtsiz müzakirə aparmağa hazırıq”

2021.10.20, 07:36
Pompeo: “İranla qeydsiz-şərtsiz müzakirə aparmağa hazırıq”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo iyunun 23-də körfəz ölkələrinə səfərindən əvvəl jurnalistlərə açıqlamasında İrana qarşı tətbiq ediləcək yeni sanksiyalardan və Vaşinqtonun rəsmi Tehranla danışıqlar aparmağa hazır olmasından danışıb.

 

Pompeo bildirib ki, o körfəz ölkələrinə səfəri zamanı İrana qarşı beynəlxalq bir koalisiya yaratmaq üçün regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə müzakirələr aparacaq: “İyunun 24-də elan ediləcək İrana qarşı yeni sanksiyaların tətbiqində məqsəd, İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətlərini davam etdirmək üçün maliyyə mənbələrinə yiyələnməsinin qarşısını almaqdır. Biz, İranla qeydsiz-şərtsiz müzakirə aparmağa hazırıq. Əgər iranlılar bizimlə müzakirə aparmaq istəsələr, bizi harada tapa biləcəklərini yaxşı bilirlər. Əminəm ki, onlar həqiqi və gerçək bir dialoqa hazır olduqları zaman biz də belə bir müzakirəyə hazır olacağıq.

 

Mən həmçinin Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı strateji müttəfiqliyimizdən əmin olmaq üçün, eləcə də İrana qarşı beynəlxalq bir koalisiyanın yaranması yolları barədə bu iki ölkənin rəhbərləri ilə danışıqlar aparacağam” –deyə Mayk Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar