SON XƏBƏRLƏR

Pompeo Netanyahu ilə İran və İraqdakı vəziyyəti müzakirə edib

2021.10.20, 07:36
Pompeo Netanyahu ilə İran və İraqdakı vəziyyəti müzakirə edib

Gunaz.tv

GünAz TV : Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Maykl Pompeo ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun yazılı açıqlamasında deyilir.

 

Qeyd edilir ki, ABŞ-ın dövlət katibi telefon söhbətində İraqdakı mövcud vəziyyətə toxunub. Maykl Pompeo həmçinin İranın regiondakı hərəkətlərindən danışıb.

 

"Pompeo Netanyahu ilə İraqdakı vəziyyəti, həmçinin “İran tərəfindən regionda davam edən təxribatları və təhlükələri” müzakirə edib. Dövlət katibi ABŞ prezidenti Donald Tramp administrasiyasının Birləşmiş Ştatlarıın maraqlarını, hərbi qulluqçuları, obyektləri və partnyorları müdafiə etmək qətiyyətini vurğulayıb", - diplomat qeyd edib. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar