SON XƏBƏRLƏR

Pompeo: “Nəyin bahasına olur-olsun, Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

2021.10.20, 07:36
Pompeo: “Nəyin bahasına olur-olsun, Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzərdə tutduğu koalisiyanın təşkilinə çalışdığını deyib.

 

O, bunu Vaşinqton İqtisadiyyat Klubunda jurnalistlərin suallarına cavab verərkən deyib. Pompeo qeyd edib ki, ABŞ nəyin bahasına olur-olsun, Hörmüz boğazını, eləcə də körfəz və Oman dənizinin bütün dəniz keçidlərini açıq saxlayacaq.

 

“Biz onları açıq saxlayacağıq. Biz dənizdə təhlükəsizliyin təmin edilməsi üçün proqram hazırlayacağıq və bu su yollarının açıq qalmasını istəyən hər bir ölkə qeyd etdiyim proqramda iştirak edəcək”- deyə Pompeo əlavə edib.

 

Dövlət Departamentinin rəhbəri həmçinin digər ölkələrin tezliklə ABŞ-ın təklifini dərk edəcəyinə və bu proqrama qoşulacağına inandığını bildirib.

 

Xatırladaq ki, İranın may və iyun ayı ərzində bir neçə gəmiyə hücum etməsindən sonra ABŞ körfəz, Hörmüz və Babül-Məndəb boğazlarında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün NATO-ya üzv ölkələrə koalisiya beynəlxalq koalisiya qurmaq təklifi edib.

 

Eləcə də, “Sepah” terror təşkilatının Britaniyanın “Stena İmpero” adlı gəmisini saxlamasından sonra rəsmi London da oxşar təşəbbüslə çıxış edib. Britaniyanın Müdafiə Nazirliyi bunun ardınca artıq ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Britaniya bayrağı ilə üzən bütün gəmiləri hərbi müşayiət edəcəyini bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar