SON XƏBƏRLƏR

Pompeo Novruz bayramı münasibətilə İran xalqını təbrik edib

2021.10.20, 07:36
Pompeo Novruz bayramı münasibətilə İran xalqını təbrik edib

Gunaz.tv

GünazTV: ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo martın 20-də bəyanat yayaraq, Novruz bayramı və yeni ilin gəlişi münasibətilə İran xalqını təbrik edib. Qeyd edək ki, İranda yeni il Novruz bayramının ilk günündən başlanır.

 

Yaydığı bəyanatda Pompeo bildirib ki, o ABŞ prezidenti ilə birlikdə dünyada Novruz bayramını qeyd edən hər kəsə şən həyat, sağlamlıq və xoşbəxtlik arzulayır: “Baharın gəlişi sahibi olduğumuz bütün nemətləri yenidən bizə xatırlayır. Novruz, dost-tanışların və qohum-əqrəbaların bir yerə toplaşaraq bayram görüşləri keçirmək və bayram süfrələri ətrafında oturmaqla bu nemətləri dərk etməsi üçün bir fürsətdir. Lakin təəssüflər olsun ki, bir çox ölkələrdə, o cümlədən də Novruz bayramını qeyd edən ölkələrdə koronavirusun yayılmasına görə, biz bayram görüşləri keçirmək üçün ehtiyat etməliyik.

 

Biz, bu virusun dünyada, xüsusən də İranda insanların ölümünə səbəb olması ilə bağlı xəbərləri eşidəndə təəssüf hissi keçiririk. Biz, virusa yoluxmuş hər bir kəsin sağalmasından sevinir, İran xalqına və dünyaya bu ümidi veririk ki, onlar da bu virusun yayılmasının qarşısını ala bilərlər. Bildiririk ki, bu ağır durumun yaxşmasına yardım etmək üçün, bizim İran xalqına humanitar və tibbi yardımlar göndərmək üçün etdiyimiz təklif öz yerinə qalır.

 

Novruzun yenidən doğuluşun simvolu olduğunu nəzərə alaraq, ümid edirik ki, bu il, bizim ümid və sağlamlıqla bağlı öhdəliklərimizi yeniləmək üçün bir fürsət və hamıya yeni bir başlanğıc olacaq. Novruz bayramınız mübarək olsun” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo yaydığı bəyanatında bildirib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar