SON XƏBƏRLƏR

Pompeo: “Qasım Süleymani terrorçudur. Onu və dəstəsini axtarışa verəcəyik”

2021.10.20, 07:36
Pompeo: “Qasım Süleymani terrorçudur. Onu və dəstəsini axtarışa verəcəyik”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo aprelin 9-da “Fox News” telekanalına müsahibəsində “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymanidən və onun başçılıq etdiyi terrorçu dəstədən danışıb.

 

O bildirib ki, Amerika Qasım Süleymanini təqib edərək onu məsuliyyətə cəlb edəcək: “Qasım Süleymani terrorçudur. Biz onu, və onun başçılıq etdiyi dəstəni, eləcə də “Sepah”ı digər hər hansı bir terrorçu qruplaşma kimi təqib edərək cəzalandıracağıq. Qasım Süleymaninin əlləri amerikalıların qanına bələnib. Biz isə amerikalıların öldürülməsində əli olan istənilən şəxsi, təşkilatı, qruplaşmanı və ya müəssisəsini axtarıb məsuliyyətə cəlb etməkdə qərarlıyıq. Bu bizim vəzifəmizdir. Daha doğrusu, bu ABŞ prezidenti Donald Trampın üzərinə düşən bir vəzifədir.

 

Hesab edirik ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxıl edilməsi, amerikalıların həyatını qoruyacaq, Orta Şərqdə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına yardım edəcək” –deyə Pompeo əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

Qeyd edilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

"Sepah"ın "Qüds" qanadının komandanı Qasım Süleymani

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar