Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Rusiya, Çin və İranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək ehtimalının olduğunu bildirib.
Gunaz.tv
Bu barədə "The Washington Times"a müsahibə verən Pompeo artıq ölkəsinin mümkün müdaxilərlə mübarizə aparmaq üçün bütün qüvvələrini səfərbər etdiyini deyib.
Pompeo sonda seçkilərin heç bir müdaxilə olmadan baş tutacağına əmin olduğunu vurğulayıb.
"Washington Times"ın yazdıqlarına görə, ABŞ-da xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən seçicilərə təsir göstərmək və ictimai rəyi çaşdırmaq üçün yayılan saxta xəbərləri aşkar edib, onlarla mübarizə aparacaq mərkəzlər var. Artıq həmin mərkəzlər bu istiqamətdə fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər.
Qeyd etmək lazımdır ki, amerikalı rəsmilər dəfələrlə sözügedən ölkələri bu ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham ediblər.
Ə.A