SON XƏBƏRLƏR

Pompeo: “Suriyada baş vermiş insani faciəyə görə, İran İslam Respublikası məsuliyyət daşıyır”

2021.10.20, 07:36
Pompeo: “Suriyada baş vermiş insani faciəyə görə, İran İslam Respublikası məsuliyyət daşıyır”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo yanvarın 30-da britaniyalı həmkarı Dominik Rabla görüşdən sonra jurnalistlərə açıqlamasında İranın Suriyada insani faciənin baş verməsində oynadığı rolundan və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

 Öz açıqlamasında İranı “dünyada terrorizmin ən böyük himayədarı” adlandıran Pompeo deyib ki, Suriyada yüz minlərlə günahsız insanın ölümü ilə nəticələnən olaylarda İran rejimi birbaşa məsuliyyət daşıyır: “Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra demək olar ki, İranın hazırda Avropada terrorizmə sərf edə biləcək puu azalıb. Daha doğrusu, İranın bu kimi fəaliyyətlərə sərf edəcək maliyyə qaynaqları məhdudaşdırılıb.

 

 Bizim Suriyada və Livan “Hizbullahı”nda baş verənlərdən xəbərimiz var. Baş verən bütün bu insani faciənin kökü isə birbaşa İran İslam Respublikasının dini rəhbərliyinə gedib çıxır. Hesab edirik ki, İranın maddi imkan və qaynaqlardan məhrum edilməsi düzgün addımdır. Bu isə İran rejiminin başçılarını çətin qərarlar qəbul etməyə məcbur edəcək. Əslində isə, hazırda İran xalqı ölkəyə hakim rejimin rəftarını və onun mahiyyətini dəyişmək üçün bir şans ədə edib. Bu rejim, İranda olan 80 milyondan çox insanı düşünmür, öz bildiyi kimi rəftar edir. Bu isə qəbuledilməzdir” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

 Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab isə jurnalistlərlə görüşündə bu barədə Avropa ilə Amerika arasında hər hansı bir fikir ayrılığının omamasını vurğulayıb: “Hesab edirik ki, İran rejimi öz rəftarı ilə beynəlxalq dəyərləri kobudcasına pozub və məhz buna görə də, o öz rəftarına görə cavabdeh olmalıdır” Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab bəyan edib.

 

Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab 

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar