SON XƏBƏRLƏR

Pompeo: “Suriyada İranın qarşısını almaq üçün ABŞ-la İsrail əməkdaşlığı davam edəcək”

2021.10.20, 07:36
Pompeo: “Suriyada İranın qarşısını almaq üçün ABŞ-la İsrail əməkdaşlığı davam edəcək”

Gunaz.tv

GünAzTV: Braziliyanın yeni prezidenti Jair Bolsonaronun andiçmə mərasiminə qatılmaq üçün bu ölkəyə səfər edən ABŞ dövlət katibi Mayk Pompeo İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İranın Suriyadakı hərbi fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

 

Pompeo, yanvarın 1-də Netanyahu ilə görüşündən sonra “Twitter” səhifəsində paylaşdığı bir postda İranın Suriyadakı hərbi mövcudluğuna münasibət bildirib. O deyib ki, Vaşinqton İsrailin təhlükəsizliyinin qorunub saxlanılması üçün rəsmi Tel-Əvivə dəstəyini davam etdirəcək: “Suriyada İranın qarşısını almaq üçün ABŞ-la İsrail əməkdaşlığı davam edəcək. Amerika hökumətinin İsraillə əməkdşlığında hər hansı bir dəyişiklik baş verməyib və biz əvvəldə olduğu kimi Suriya məsələsində birgə əməkdaşlığımızı davam etdirəcəyik.

 

Suriyada İŞİD-ə qarşı savaş və İranın dağıdıcı rəftarının qarşısının alınması üçün göstərdiyimiz səylər davam edir. Biz, Orta Şərqdə sabitliyin və İsrailin təhlükəsizliyinin qorunması ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri həmişə olduğu kimi yerinə yetirəcəyik. Mən, bir daha bildirirəm ki, Tramp hökuməti İsrailin təhlükəsizliyinin qorunması xüsusunda üzərinə öhdəlik götürüb. Birləşmiş Ştatlar İsrailin özünümüdafiə haqqına dəstək verir. Amerika ilə İsrailin birliyi möhkəm əsaslara söykənir”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar