SON XƏBƏRLƏR

Pompeo: “Tramp İran rəhbərlərinin rəftarını dəyişməkdə qərarlıdır”

2021.10.20, 07:36
Pompeo: “Tramp İran rəhbərlərinin rəftarını dəyişməkdə qərarlıdır”

Gunaz.tv

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyulun 23-də WFTV telekanalına müsahibəsində İran rəhbərlərinin terrorizmə dəstəyindən və onların təxribat xarakterli rəftarından danışıb.

 

O bildirib ki, Vaşinqton sadəcə olaraq, İranın beynəlxalq terrorizmə dəstəyindən əl çəkməsini və normal bir ölkəyə çevrilməsini istəyir: “Prezident Tramp İran rəhbərlərinin rəftarını dəyişməkdə qərarlıdır. Biz istəyirik ki, İran normal və adi bir ölkə kimi rəftar etsin. Misal üçün istəyirik ki, İran dünyanın müxtəlif yerlərində terrorizmə rəvac verməyən Norveç və ya başqa hər hansı digər bir ölkə kimi olsun və davransın.

 

Təəssüflər olsun ki, onlar (Iran rejimi) bu günə qədər 500 amerikalını öz istehsalları olan yolkənarı bombalarla öldürüblər. Bu isə çox dəhşətlidir. Lakin onların bu əməllərinə verilən reaksiya çox zəif və məhdud olub. Düşünürəm ki, İran rəhbərləri məhz bunu gördükləri üçün onlara elə gəlir ki, onların bugünkü əməlləri cəzasız qalacaq. Lakin onlar çox ehtiyatlı olmalıdırlar. Çünki, prezident Tramp onların (İran rəhbərlərinin) rəftarını dəyişməkdə qərarlıdır” –deyə Mayk Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar