SON XƏBƏRLƏR

Pompeo Xamneyinin Amerikanı "bioloji hucümda" ittiham etməsinə cavab verib: "Xalqa doğruları deyin!"- FOTO

2021.10.20, 07:36
Pompeo Xamneyinin Amerikanı "bioloji hucümda" ittiham etməsinə cavab verib: "Xalqa doğruları deyin!"- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Xamneyinin Amerikanı "bioloji hucümda" ittiham etməsinə cavab verib.

 

O, "Twitter"də yazdığı statusda Əli Xamneyini xalqını aldatmağa son verməyə çağırıb.

 

"Xamneyinin bildiyi kimi, bioloji müdafiənin ən gözəl yolu İran xalqına Vuhan virusunun Çindən İrana necə yayılması barədə həqiqəti deməkdir. Halbuki o, Mahar Air şirkətinin Çinə gediş-gəliş uçuşların dayandırmadı və əvəzində buna qaşı çıxanları da həbs etdirməklə susdurdu", - deyə Pompeo qeyd edib.

 

 

Ötən gün İranın "dini lider"i Əli Xamneyi Silahlı Qüvvələr tərəfindən koronavirusun yayılması ilə mübarizə, eləcə də "bioloji hücumdan müdafiə" istiqamətində qərargah yaradılmasına dair fərman imzalayıb.

 

O, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmmədhüseyn Bağıriyə ünvanladığı məktubda koronavirusun yayılma səbəbini İrana qarşı həyata keçirilmiş "bioloji hücum" ehtimalı ilə bağlayıb. Xamneyi iddia edib ki, epidemiya "bioloji hücum"un məhsuludur. "Dini lider" buna dair əllərində "sübutlar"ın olduğunu desə də, həmin sübutların detalları ilə bağlı heç bir söz deməməklə yanaşı, "İrana qarşı həyata keçirilmiş bioloji hücum"un niyə İtaliya və Çində bu qədər yayılması və çoxlu sayda insan tələfatına səbəb olmasını da açıqlamayıb.

 

Hazırda İtaliya Çindən sonra koronavirusdan ölən insanların sayı baxımında dünya üzrə 2-ci yerdə qərarlaşıb.

 

Bir neçə gün öncə "Sepah" terror təşkilatının komandanı Hüseyn Salami də epidemiyanın İranda yayılmasını "Amerika tərəfindən həyata keçirilmiş mümkün bioloji hücum"la əlaqələndirmişdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar