GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo son iki gündür İranda davam edən xalq etirazlarına münasibət bildirib.
O, Twitter səhifəsində 1 il yarım əvvəl yazdığı statusu yenidən paylaşaraq, Amerikanın "İran xalqının yanında olduğunu" bəyan edib. Pompeo həmçinin insanların haqlı etirazlarınna dəstək nümayiş etdirib.
"40 il tiranlıqdan sonra İranın hörmətli xalqı hökumətlərinin sui-istifadələri qarşısında sakit dayanmır. Biz də sakit qalmayacağıq. Mənim İran xalqına mesajım var. Birləşmiş Ştatlar sizi eşidir. Birləşmiş Ştatlar sizi dəstəkləyir. Birləşmiş Ştatlar sizinlədir", - deyə Pompeonun 1 il yarım əvvəl paylaşdığı statusda qeyd edilib.
Bu, rəsmi Vaşinqton tərəfindən son 2 gündür keçirilən etiraz aksiyalarına verilən ilk reaksiyadır.
Qeyd etmək lazımdır ki, bu dəqiqəyə qədər olan məlumatlara əsasən, etiraz aksiyaları zamanı polisin sivil xalqı atəşə tutması nəticəsində azı 9 nəfər ölüb.
Ə.A