Prezident: “Bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb”

2020-11-24 11:24

“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.


Prezident İlham Əliyev bildirib ki,  XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib: “İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq”.


Dövlət başçısı deyib ki, eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik: “Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.


Prezident İlham Əliyev bildirib ki, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi: “Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”.

 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - FOTOLAR və VİDEO

2021-01-23

gun az article

Ruhani: “Koronavirusun mutasiyaya uğramış növündən nigaranıq. Ölüm hallarının nə vaxt başa çatacağı bəlli deyil”

2021-01-23

gun az article

Rusiyada saxlanılanların sayı 230-a çatdı - FOTOLAR və VİDEOLAR

2021-01-23

gun az article

Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR

2021-01-23

gun az article

İranda koronavirusdan daha 69 nəfər ölüb, 6 207 nəfər yeni növ “Covid-19”a yoluxub (Rəsmi statistika)

2021-01-23

gun az article

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23

gun az article

“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23

gun az article

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021-01-23

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı AZALIR

2021-01-23

gun az article

GünazTV Jan.22.2021 : “Amerikanın yeni prezidenti COVİD-ə qarşı planını açıqladı”

2021-01-22

gun az article

Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB

2021-01-22

gun az article

Bijən Zəngənə: “Son günlər neft ixracatımızın həcmi kəskin artıb”

2021-01-22

gun az article

İranda koronavirusdan daha 75 nəfər vəfat edib, 6 305 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-22

gun az article

İranda daha 2 bəhai qadın həbsə məhkum edilib

2021-01-22

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

2021-01-22

gun az article

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu – FOTO

2021-01-22

gun az article

Azərbaycanda COVID-19-dan ölüm sayı birrəqəmliyə endi

2021-01-22

gun az article

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

2021-01-22

gun az article

Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

2021-01-22

gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21