SON XƏBƏRLƏR

Prezident Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

2021.10.20, 07:36
Prezident Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Respublika (Cümhuriyyət) Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Mərasim başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstiqlaliyyət küçəsində və metronun “İçərişəhər” stansiyasının (dayanacağında) ətrafında görülmüş işlərlə tanış oldu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar