Prezident İlham Əliyev: “Haradasan, Avropa Şurası, niyə susursan? Niyə susursan Avropa Parlamenti?"

2020-11-20 12:42

“Biz bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirib. 


Prezident qeyd edib ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi: “Bu şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın, beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə”.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

2020-12-02

gun az article

Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar

2020-12-02

gun az article

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

2020-12-02

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti xalqa müraciət edir - CANLI

2020-12-01

gun az article

Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

2020-11-30

gun az article

Dünyada son sutkada 500 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

2020-11-30

gun az article

Azərbaycanın Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib

2020-11-30

gun az article

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüblər

2020-11-30

gun az article

Kəlbəcər rayonunun İstisu qəsəbəsindən - VİDEOGÖRÜNTÜLƏR

2020-11-28

gun az article

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTO

2020-11-28

gun az article

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

2020-11-28

gun az article

Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

2020-11-28

gun az article

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

2020-11-27

gun az article

Kanadada silahlı insident zamanı bir uşaq ölüb

2020-11-27

gun az article

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

2020-11-27

gun az article

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər

2020-11-26

gun az article

Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”

2020-11-26

gun az article

Azərbaycan neftinin bahalaşması davam edir

2020-11-26