Prezident İlham Əliyev: “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda”

2020-11-24 11:37

"Siz diz çökdünüz bizim qabağımızda” “On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama ...

Gunaz.tv Quote | Gunaz article


“Siz diz çökdünüz bizim qabağımızda” “On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.


Dövlət başçısının sözlərinə görə, Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedib: “Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - FOTOLAR və VİDEO

2021-01-23

gun az article

Ruhani: “Koronavirusun mutasiyaya uğramış növündən nigaranıq. Ölüm hallarının nə vaxt başa çatacağı bəlli deyil”

2021-01-23

gun az article

Rusiyada saxlanılanların sayı 230-a çatdı - FOTOLAR və VİDEOLAR

2021-01-23

gun az article

Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR

2021-01-23

gun az article

İranda koronavirusdan daha 69 nəfər ölüb, 6 207 nəfər yeni növ “Covid-19”a yoluxub (Rəsmi statistika)

2021-01-23

gun az article

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23

gun az article

“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23

gun az article

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021-01-23

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı AZALIR

2021-01-23

gun az article

GünazTV Jan.22.2021 : “Amerikanın yeni prezidenti COVİD-ə qarşı planını açıqladı”

2021-01-22

gun az article

Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB

2021-01-22

gun az article

Bijən Zəngənə: “Son günlər neft ixracatımızın həcmi kəskin artıb”

2021-01-22

gun az article

İranda koronavirusdan daha 75 nəfər vəfat edib, 6 305 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-22

gun az article

İranda daha 2 bəhai qadın həbsə məhkum edilib

2021-01-22

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

2021-01-22

gun az article

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu – FOTO

2021-01-22

gun az article

Azərbaycanda COVID-19-dan ölüm sayı birrəqəmliyə endi

2021-01-22

gun az article

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

2021-01-22

gun az article

Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

2021-01-22

gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21