Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur"

2020-10-22 15:40

“Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.


  
Prezident bildirib ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur: “Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”.   (apa.az)

 

A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02

gun az article

XİN Fransa Parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

2020-12-02

gun az article

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

2020-12-02

gun az article

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02

gun az article

Komissiya: Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və mülki şəxslərin hüquqları tam təmin edilib

2020-12-02

gun az article

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis edilib

2020-12-02

gun az article

Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artmasından nigaran qaldığını bildirib

2020-12-01

gun az article

İranda daha 382 nəfər koronavirusdan ölüb, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2020-12-01

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2020-12-01

gun az article

Paşinyanın Rusiya səfəri ləğv edildi

2020-12-01

gun az article

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01

gun az article

İrəvanda etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb

2020-12-01

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

2020-12-01