SON XƏBƏRLƏR

Prezident Obama və Hillari Klinton Azərbaycanı təbrik ediblər

2021.10.20, 07:36
Prezident Obama və Hillari Klinton Azərbaycanı təbrik ediblər

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Respublika (Cümhuriyyət) günü münasibəti ilə təbrik məktubu göndərib.

 

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Həmkarını və Azərbaycan xalqını təbrik edən ABŞ prezidenti yazır:

“Birləşmiş Ştatlar regional (bölgəsəl) enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir”.

 

 ABŞ Dövlət Katibi Hillari Klinton da Amerika xalqı və prezidet Obamanın adından Azərbaycanı 28 may Resopublika günüylə bağlı təbrik edib. Klinton Azərbaycan xalqına sülh və rifah arzulayıb.

 

Azərbaycan Şərqdə ilk demokratik respublikanı - Azərbaycan Xalq Cumhuriyyətini qurub. 1918-ci il mayın 18-də elan edilən bu dövləti 1920-ci ilin aprelində Moskvadan gələn bolşevik ordusu işğal edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar