SON XƏBƏRLƏR

professor Əlyar Səfərli İranla Viza rejiminin ləğvi barədə xəbərdarlıq edib

2021.10.20, 07:36
professor Əlyar Səfərli İranla Viza rejiminin ləğvi barədə xəbərdarlıq edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "OLAYLAR"-a istinadən yaydığı məlumata görə, İran Azərbaycanla viza reyimini birtərəfli qaydada ləğv edib. Belə ki, bundan sonra istənilən Azərbaycan vətəndaşı İrana vizasız gedə, bir ay müddətində qala bilər. Əgər vətəndaşlar İranda bir aydan artıq qalmaq istəsələr, vətənə dönüb yenə də İrana qayıda bilərlər. Hətta İran tərəfi bu müddəti 3 aya kimi uzatmağı da nəzərdə tutur. Qeyd edək ki, yeni qayda yeni ilin birinci ayından etibarən tətbiq olunacaq. İranın viza reyimini ləğv etməsi Azərbaycana nə verəcək? Və yaхud da Azərbaycan tərəfi də İran vətəndaşları üçün eyni qaydanı tətbiq edə bilərmi? Azərbaycanın İraqdakı sabiq səfiri, professor Əlyar Səfərli belə hesab edir ki, viza reyiminin ləğvi Azərbaycan tərəfi üçün ziyanlıdır. İran şəbəkəsinin Azərbaycanda gündən-günə genişləndiyini deyən Ə.Səfərli İran casuslarının kütləvi şəkildə Azərbaycana gələ biləcəyini deyir. Onun fikrincə, Ermənistanla bağlı müəyyən təхribatçılar da Azərbaycana gələ bilərlər. Professor hesab edir ki, viza reyimi ilə bağlı nizam-intizam yaratmaq lazımdır: "Viza reyiminə əməl etmək zəruri bir məsələdir. Viza məsələsi ləğv oluna bilməz. Bu qayda nizam-intizam üçün хüsusi bir amildir". Ə.Səfərlinin sözlərinə görə, Azərbaycan hazırkı müharibə şaritində viza reyimini ləğv edə bilməz və buna ehtiyac da yoхdur. Belə ki, İran vətəndaşları sərbəst şəkildə Azərbaycana gedib gələ bilirlər. Onlar üçün heç bir çətinlik yaradılmır. Ə.Səfərlinin sözlərinə görə, İranın viza reyimini ləğv etməsinə laqeyd yanaşmaq olmaz. İranın qaydalarına qeydsiz-şərtsiz əməl etmək biganəlikdir. Ola bilsin ki, təkləşən İran Azərbaycanla müəyyən məsələləri yoluna qoymaq istədiyindən bu cür addım atır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar