SON XƏBƏRLƏR

Prokuror Məmmədxan Əzizxanlının Bəyanatı

2021.10.20, 07:36
Prokuror Məmmədxan Əzizxanlının Bəyanatı

Gunaz.tv

Artıq, 25 sentyabr 1989-cu il tarixdən qüvvədə olan, Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanunu, əslində əsasnamə qüvvəli   sənəddir.

Həmin sənəd tam səlahiyyətlə Azərbaycan SSR-i ilə SSRİ arasında qarşılıqlı hüquqi münasibətlərini respublikanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, həmin Qanunun 6-cı maddəsində göstərilir ki, “Azərbaycan SSR-in suveren hüquqlarını pozmayan SSRİ qanunları Azərbaycan SSR ərazisində qüvvədədir.”

Bu norma ilə SSR Konstitusiyasının 74-cü maddəsində göstərilən – “Müttəfiq respublikaların qanunu ümumittifaq qanunu ilə düz gəlmədikdə, SSRİ qanunu tətbiq edilir.” məzmunlu norması birtərəfli qaydada qüvvədən salınır.

Azərbaycan SSR buna tam səlahiyyətlidir. Hüquqəmələgəlmə statusuna görə Azərbaycan SSR -  birincidir, SSRİ isə - ikincidir. Çünki,  SSRİ müttəfiq respublikalarının, deməli, o cümlədən, Azərbaycan SSR-nin törəməsidir.

Odur ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 19.01.1990-cı il tarixli, Azərbaycanın bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan qərarı, kütləvi vəhşiliyə haqq qazandıran özbaşına, səlahiyyətsiz, zorakılıq aktıdır. Onu da qeyd edim ki, öz ərazisində fövqəladə vəziyyət elan etmə hüququ Azərbaycan SSR-in özünə məxsusdur (8-ci maddə). Ona görə də Sovet Ordusunun bu günlərdə Azərbaycanda törətdiyi misilsiz vəhşiliyin nəticələrinə görə, belə vəhşiliyi “qanuniləşdirən” sənədi imzalayan şəxs – Mixail Qorbaçov beynəlxalq məhkəməyə verilməlidir.

Bu aksiya, ermənivərusbirliyinin, dövlətmiqyasındaAzərbaycanxalqınaqarşı, guyaqaydayaratmaqpərdəsialtında – s o y q ı r ı m ı-dır.

Qeyd:- SSRİ  Konstitusiyasının 19-cu mad. 14-cü bəndi:-

1. “SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi mənafeyinə uyğun olaraq bütün ölkədə, habelə ayrı-ayrı yerlərdə hərbi, yaxud fövqəladə vəziyyət elan edir – bu məsələnin müvafiq müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti ilə hökmən müzakirə edilməsi şərtilə.”

2. Hörmətli Mirzə Xəzər, bu bəyanatı bütün dünya xalqlarının dillərinə çevirib, beynəlxalq aləmə çıxarın. 

22.01.1990-cı il

 

Qeyd:-Həmin Bəyanat şəhidlərin qırxınadək, Metronun “BakıSoveti” stansiyasında və Şəhidlər Xiyabanında şəhidlərin 40-dək asılmışdır. Metronun “BakıSoveti” stansiyasında Bəyanat axşamlar rus əsgərləri tərəfindən qopardılmış, səhərlərisə bizim uşaqların dayısı Qasid Süleymanov və dostumVaqif Əliyev tərəfindən hər gün səhər yenidən yapışdırılmışdır.

*Təzadlar* saytının 20.01.2017-ci il,qəzetinin 21.01.2017-ci il tarixli sayında dərc olunmuşdur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar