Tufarqan prokuroru səs-küylü cinayət işindən danışdı: "Bu, əyalət üzrə ən böyük iqtisadi korrupsiya hadisələrindən biridir"

2021-06-07 11:25

Tufarqanın (Azərşəhr) prokuroru bu şəhərin bələdiyyə və şəhər şurasına qarşı açılan cinayət işini müttəhimlərin sayına və korrupsiyanın həcminə görə Şərqi Azərbaycan əyalətinin ən böyük və mürəkkəb məhkəmə işlərindən biri adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

"Bu cinayət işi xüsusi diqqət və həssaslıqla əyalətin İqtisadi Cinayətlər Məhkəməsində araşdırılır”-deyə, o, mətbuata açıqlama verib.

Əkbər Əmrahi iyunun 6-da “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, bu iş üzrə məhkəməyə cəlbetmə qərarı verilib: "İş araşdırılır və yaxın günlərdə məhkəmənin son qərarı veriləcək".

Əmrahi bildirib ki, hal-hazırda Tufarqan bələdiyyəsinin korrupsiya şəbəkəsinin 12 üzvü cinayət məsuliyyətinə cəlb olunub. Ancaq korrupsiya halının yüksək olduğu və məsələnin qaranlıq tərəfləri incələnildiyinə görə, daha çox şəxslərin məsuliyyətə cəlb olunacağı ehtimal edilir.

Əkbər Əmrahi korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb olunanların sərbəst buraxılmaları ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb. O, bildirib ki, onlar girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq zəmanətə buraxılıblar.

O, araşdırmanın uzanmasını korrupsiya faktları ilə bağlı yeni müraciətlərin olunması və cinayət işinin həcminin çoxluğu ilə əlaqələndirib.

Tufarqan şəhərinin prokuroru bələdiyyənin keçmiş yüksək rütbəli rəhbərlərindən birinin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı suala da cavab verib. 

"Bunu təkzib etmirəm, ancaq yaxın gələcəkdə bu barədə daha ətraflı məlumat veriləcək”-deyə, o, bildirib.

Son aylar İranda, özəlliklə Azərbaycan əyalətlərində korrupsiya ilə bağlı həbslər artıb. Təbriz, Urmu, Soyuqbulaq, Tufarqan (Azərşəhr), Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib.

Xatırladaq ki, korrupsiya İranın hakim rejimində kök atıb. Beynəlxalq Şəffaflıq Təşkilatının yanvarın 28-də yaydığı hesabatına görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri hesab edilib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24