SON XƏBƏRLƏR

Putin: “Avropa İranı xilas etməyə qadir deyil, Rusiya isə hər kəsi xilas edən yanğınsöndürən deyil”

2021.10.20, 07:36
Putin: “Avropa İranı xilas etməyə qadir deyil, Rusiya isə hər kəsi xilas edən yanğınsöndürən deyil”

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin bildirib ki, “İran nüvə razılaşmasından çıxmasa yaxşı olar, çünki Avropa rəsmi Tehranı xilas etməyə qadir deyil”.  

 

Mayın 15-də Avstriya prezidenti Aleksandr Van der Bellen ilə görüşdən sonra çıxış edən Putin deyib: “Amerika nüvə razılaşmasından çıxıb, bunun qarşılığında avropalılar rəsmi Tehranı xilas edə bilməyəcəklər. Rusiya isə hər kəsi xilas edə biləcək yanğınsöndürən briqada deyil.”

 

O, avropalıların İran iqtisadiyyatına dəyən ciddi zərərləri kompensasiya edə bilməyəcəklərinə görə, İrana nüvə razılaşmasından çıxmamağı tövsiyə edib.

 

Putin Amerika, Avropa və İranın istədiyi təqdirdə, ölkəsinin mövcud böhranın həllində “müsbət və effektiv rol” oynamağa hazır olduğunu bəyan edib.

 

Qeyd etmək lazımdır ki, mayın 15-də İran mediası bu ölkənin Atom Enerjisi üzrə Agentliyinə istinadən rəsmi Tehranın nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığı barədə xəbər yayımlamışdı.

 

Bu məlumatlara əsasən, icrası dayandırılan sahələr zənginləşdirilmiş uran və ağır su miqdarı ilə bağlı öhdəliklərini əhatə edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar