SON XƏBƏRLƏR

Qadağaya rəğmən, “Mahan Air” 3 həftə ərzində Çinə 55 uçuş həyata keçirib

2021.10.20, 07:36
Qadağaya rəğmən, “Mahan Air” 3 həftə ərzində Çinə 55 uçuş həyata keçirib

Gunaz.tv

GünAz TV: İran rəsmiləri “Mahan Air” şirkətinin Çinlə uçuşları dayandırdığını iddia etsələr də, reallıq bunun tam əksini göstərir.

 

“Mahan Air” də ötən gün rəsmi İnstagram səhifəsində yaydığı məlumatda Çinə axırıncı uçuşlarının 4-5 fevral tarixində həyata keçirildiyini bildirib. Lakin İran hökuməti yanvarın 31-də koronavirus təhlükəsi səbəbindən Çinlə uçuşları dayandırdığını bəyan etmişdi.

 

Bununla belə, “Mahan Air”in iddialarının əksinə olaraq, araşdırmalar göstərir ki, şirkət fevralın 5-dən 24-nə qədər Çinin Pekin, Şanxay, Quançjou və Şençjen şəhərlərinə azı 55 gediş-gəliş uçuşu həyata keçirib.

 

Bu müddət ərzində Tehranın Xomeyni hava limanından Pekinə 10, əksinə isə 7 uçuş baş tutub.

 

“Flight Radar 24” saytındakı məlumatlara əsasən, həmin uçuşların nömrələri W578 və W579 olub. Bu məlumat “Mahan Air”in ingilis dilli saytında da yayılmış məlumatla eyniyyət təşkil edir. Lakin şirkət fars dilli saytında Çinə həyata keçirdiyi uçuşlarla bağlı heç bir xəbər yerləşdirməyib.

 

Uçuşlar Tehrandan Pekinə bazar, 2-ci və cümə günləri səhər saatlarında “Airbus 310” və 343 tipli sərnişin təyyarələri ilə həyata keçirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar