SON XƏBƏRLƏR

“Qalatasaray” klubu “Traxtur”un məşhur marşını yayıb – VİDEO

2021.10.20, 07:36
“Qalatasaray” klubu “Traxtur”un məşhur marşını yayıb – VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyənin “Qalatasaray” klubu Güney Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının məşhur marşını yayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini təbrik edib.

 

Türkiyə super liqasının çempionu olan “Qalatasaray” klubu “Sən çağırsan gələrəm mən sən yaşa Azərbaycan – Eybi yoxdur ölərəm mən sən yaşa Azərbaycan...” marşını video şəkilində  rəsmi İnstaqram səhifəsində yayıb.

 

Video ilə birlikdə “Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü mübarək olsun” cümləsi, “Traxtur”un (#TraktorsaziFC) Hashtag-ı və Azərbaycan bayrağı da əks olunub.

 

“Qalatasaray” klubunun “Traxtur” tərəfdarlarının məşhur marşını yayması azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Qalatasaray” komandası Türkiyədə olduğu kimi, Güney Azərbaycanda da çox sevilən futbol komandasıdır. Bu komandanın Türkiyə super liqasında çempion olması Güney Azərbaycanda bir çoxlarının sevincinə səbəb olmuşdur.

 

Video:

https://www.youtube.com/watch?time_continue=41&v=sgasdw6ACBI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar