“Qanlı çərşənbə” və ya Cilovluq faciəsi- “Hadisələrdə on minlərlə türk qətlə yetirilmişdi”-Dosent Zaur Əliyev

2021-03-20 14:13

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri də Cilovluq faciəsidir.

Gunaz.tv Quote | Gunaz article

Qanlı qətliam 103 il öncə Azərbaycanın güneyində baş verib. Qacar dövlətində mərkəzi hakimiyyətin zəifləməsində istifadə edən xırda xalqlar separataçı meyllərə baş vurmuş, türk torpaqlarına iddia qoymuşdular. Bu qırğınları törədənlərin əsas məqsədi nə idi? Hadisələr zaman nə qədər azərbaycanlı öldürülmüşdü?

“Kiçik Ermənistan” planı

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Günaz.tv-yə açıqlamasında bildirib ki, Güney Azərbaycan tarixi ilə bağlı yanlış tendensiyalardan qurtarmaq lazımdır: 

Zaur Əliyev: “Azərbaycanı Rusiyaya o ölkə qurban verdi”
“Uzun müddət Azərbaycan elmində belə fikir formalaşıb ki, Cənubi Azərbaycanlılar soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar. Əslində isə belə deyil. 

Şimali Azərbaycanda ermənilərin yerli xalqa qarşı törətdiyi soyqırım siyasəti Cənubi Azərbaycandan da yan keçməyib. Bu günə qədər gizli saxlanılan, arxivlərdən sənədlərin yoxa çıxarılmağa çalışıldığı faciələrdən biri də Cənubi Azərbaycanda baş verən “Qanlı çərşənbə və ya Cilovluq faciəsi” adlanan soyqırım aktıdır. Hadisə 1918-ci ilin martında, Novruz bayramının sonuncu çərşənbəsində baş verib. Bölgədə maraqları olan Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında "Kiçik Ermənistan dövləti" yaratmaq istəyirdilər. 

Cənubda 1918-ci ilin Mart qırğınları - İki sahil

Türkiyənin Cilov adlanan ərazisindən buraya köçürülmüş 40 min nəfər xristian əhalinin, o cümlədən 30 min erməninin fəal iştirakını, birləşmiş koalisiya qüvvələrinin tərkibində rus və fransız zabitlərinin xidməti barədə məlumatların, 1918-ci ilin fevral-mart aylarından 1919-cu ilin fevral ayına kimi Urmiya, Xoy, Salmas və bu məntəqələrə aid ayrı-ayrı kəndlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə çox az adam bilir”. 

“Onlar türk torpaqları hesabına özlərinə dövlət qurmaq istəyirdi”

Tarixçi alim deyir ki, Azərbaycan türklərinə qarşı bu xain planda başqa xalqlar da yer almışdı:
“Qərbdə cızılmış, İngiltərə, Fransa və Rusiya tərəfindən himayə olunan bu ssenaridə ermənilərlə yanaşı assurilər (aysorlar) də iştirak edirdi. Onların məqsədi türk torpaqları hesabına özlərinə dövlət qurmaq idi. Plana əsasən, Qərbi Azərbaycan torpaqlarında, Urmu gölünün ətrafında erməni-assuri-kürd dövləti yaradılmalı idi. 

40 min assurinin Urmu ərazisinə köçürülməsi də xristian Qərbin siyasəti idi. Onlar bölgədə xristian əhalinin say tərkibini süni surətdə çoxaltmaq və türk torpaqlarında yeni xaçpərəst dövləti qurmaq istəyirdilər. Cilovluq hadisəsi regionda Azərbaycan və Türkiyə türklərinə qarşı törədilən soyqırımların tərkib hissəsidir. Bu plan elə bütün regionu əhatə edirdi: Şimali Azərbaycan, Cənubi Azərbaycan bir də Şərqi Anadolu. Onlar hər bölgənin şəraitinə uyğun olaraq soyqırım həyata keçirirdilər. Şimali Azərbaycanda daha çox rusların köməyindən faydalandılar. Cənubi Azərbaycanda isə Osmanlılara üsyan edib məğlub olan və Cənubi Azərbaycana sığınan aysorlarla birləşib soyqırım törətdilər. 

Birləşmiş еrməni, kürd və аssuri dəstələri fеvrаl, mаrt аylаrı bоyuncа Urmu, Xoy və Salmasın аyrı-аyrı kəndlərində türk əhаlisinə divаn tutmuş, qаrət еtmiş, dinc əhаlini qətlə yеtirmişdilər. Dinc türk əhаlisi yаşаyаn kəndlərə bаsqınlаr еdilir, qаdın və uşаqlаr, qоcаlаr güllələnir, qılıncdаn kеçirilir, xаlq yеrindən-yurdundаn didərgin sаlınırdı. Güney Azərbaycanın Qərb bölgəsində erməni-aysor xristian birləşmələrinin Urmiyada dinc müsəlman türk əhalisinə qarşı çox qəddarlıqla nəticələnən basqını 1918-ci ilin Novruz bayramına iki gün qalmış, axır çərşənbə axşamı olmuşdu. Urmiya şəhərinin idarə olunmasını ələ keçirən ermənilər “məsləhət şurasında” Vaçik Stepanyan adlı qatili baş komandan, Petrosu isə jandarm rəisi təyin etdikdən sonra Novruz bayramı ərəfəsində “qara çərşənbə əməliyyatı” başlanmışdı. 

Ermənilər yaxşı bilirdilər ki, azərbaycanlı türklər ilin axır çərşənbəsini hərə öz evində qeyd edir. Buna görə “baş komandan” Vaçikin belə bir əmri Urmiya əhalisinə çatdırılmışdı ki, “48 saat ərzində kim silahını könüllü təhvil verməsə, o, axır çərşənbə axşamı evindəcə güllələnəcək. Silah axtarmaq adı ilə evlərə soxulan erməni-cilov silahlı dəstələri müxtəlif bəhanələrlə kişiləri evindəcə güllələyib, qiymətli əşyaları talan edib aparmışdılar. Axır çərşənbədə qətlə yetirilən insanların və talana məruz qalmış evlərin sayı minlərlə idi. Həmin qanlı olay Urmiyadakı soyqırım tarixinə “Qara çərşənbə” kimi daxil olmuşdu. Həmin dövrdə Urmiyadakı qanlı olayların şahidi olmuş və sonra bu olayları əks etdirmiş müəlliflərin yazılarına istinad etsək, 1918-ci ilin mart ayında olan ilk hücumlarda Urmiyada və onun ətrafındakı yaşayış məntəqələrində erməni-aysor cəlladlarının əli ilə qətlə yetirilmiş insanların sayı minlərlə olmuşdr”.

“Türklərin gəlişi ilə  sоydаşlаrımızın kütləvi qətliаmınа sоn qоyulur”

Z.Əliyev deyir ki, Güney Azərbaycanın başqa bölgələrində də qırğınlar törədilmişdi: “Salmas, Xoy, Sulduz və digər məntəqələrdəki qətllərə nisbətən Urmiyada faciənin miqyası daha geniş və sayı çox olmuşdu. Urmiyadakı “əməliyyatlarının” uğurla keçməsindən məmnun qalmış cəlladlar Salmas və Xoy şəhərlərinə doğru irəliləməyə və buradakı şəhər, rayon və kəndləri ələ keçirməyə və bununla da, bölgəni türklərdən tam təmizləməyə can atırdı. Аzərbаycаnlılаrın qırğını Оsmаnlı türklərinin gəlişindən sоnrа dа dаvаm еdir. 

1918-ci il mаrtın sоnu, аprеlin əvvəllərində türklər Güney Azərbaycan ərаzisinə dаxil оlur və sоydаşlаrımızın kütləvi qətliаmınа sоn qоyurlаr. Qəhrəmаn türk əsgərləri еrməni-аssuri birləşmələrinin Urmu gölü vаsitəsilə Təbrizə girmələrinin qаrşısını аlır, еrməni quldurlаrının qаyıqlаrını göldə bаtırırlаr. Dаğlаrа qаçаn еrməni quldurlаrı 1919-cu ilin fеvrаlınа qədər kəndlərə еnib türk əhаlisinə divаn tutmаqdа dаvаm еdirlər. Cilоvluq vəhşətinə ən güclü müqаvimət Xоydа bаş vеrir. Əhаli еrmənilərin hiyləsinə bаxmаyаrаq, şəhər qаpılаrını оnlаrın üzünə аçmır. 

Bununlа bеlə, Urmu , Xoy və Salmasdа birləşmiş kоаlisiyа аmаnsız qırğınlаr törədə bilir, sоyqırımа məruz qоyulаn аzərbаycаnlılаrın sаyı təxminən 300 min nəfər оlub. Andranik də cilovlara, oradan da ingilislərə qoşulmaqla, “Böyük Ermənistan” yaratmaq planını həyata keçirmək üçün 25 min erməni ilə Xoya hücum etdi. Amma onun bu məqsədi Xoydakı azərbaycanlı mücahidlərin və Osmanlı ordusunun fəaliyyəti nəticəsində baş tutmadı. Osmanlı ordusunun Azərbaycana daxil olması ilə on minlərlə erməni və aysor ingilislərin köməyi ilə Urmiyə gölünün cənubuna, oradan isə Həmədana – ingilislərin bazasına qaçdı. İngilislər onları Bağdadın şimalındakı düşərgələrdə yerləşdirdilər. Məğlubiyyətə uğramış və əlləri hər yerdən üzülən Andronikin quldur dəstəsi Arazın şimal sahilinə qaçmaq məcburiyyətində qalır. 

Erməni-aysorulardan ibarət başqa bir dəstə Urmiya gölündəki rus qayıqlarına doluşub, Şərəfxanaya (Təbrizin yaxınlığında) yollanmaq istərkən gölün şor sularına qərq edilir. Beləliklə, 1918-ci ilin fevralında başlanan soyqırım iyunun sonunda başa çatsa da, yerlərdə qarşıdurmalar davam edirdi. Azərbaycan xristianları bir çox avantüralardan sonra ümumi əfv olunaraq, Urmiyə və Salmasa qayıtdılar. Kütləvi qətliama baxmayaraq silahsız Xoy, Urmu və Salmas əhalisi düşmənə müqavimət göstərdilər. Neçə-neçə erməni-assur qulduru məhv edildi. Terroçu dəstələr türklərin köməyi ilə əzildi, torpaqlarımızdan çıxarıldı. 

Bütün bunlar, Cilovluq faciəsi ilə bağlı həqiqətlər yenidən araşdırılmalı, işıqlandırılmalı, xalqa və dünya ictimaiyyətinə çatdırılmalıdır. Ermənilərin, assurilərlə birlikdə Urmuda törətdikləri antibəşəri cinayət hüquq-siyasi qiymətini almalı, baş vermiş cinayət faktları ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Ən əsası, dünya azərbaycanlıranın diqqətinə çatdırılımalıdır ki, azərbaycanlıların soyqırımı günü təkcə 31 mart deyil. Azərbaycan türklərinin ən böyük faciəsi Urmuda baş vermiş Cilovluq hadisəsidir. İstər Quzeydə, istər Güneydə, istərsə də diaspora təşkilatları tərəfindən Amerika və Avropa ölkələrində soyqırımla bağlı keçirilən tədbirlərdə Cilovluq hadisələri də xatırlanmalı, Azərbaycan türklərinə qarşı törədilmiş vandalizm aktı pislənməlidir”.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16