Qar Güney Azərbaycanda böyük problemlərə səbəb olub

28.12.2019, 14:54

GünAz TV: Yağan güclü qar və çovğun Şərqi və Qərbi Azərbaycan əyalətlərində problemlərə yol açıb.

 

Ötən gecə yolların buz bağlaması nəticəsində Urmiyada çoxlu sayda maşın yollarda qalıb. Yalnız bir neçə saat keçdikdən sonra xilasedicilər maşınlarda olan insanları xilas ediblər.

 

Qızıl Aypara Cəmiyyətinin Urmiya şəhəri üzrə şöbəsinin müdir müavini ötən gecə ərzində qar və çovğun səbəbindən yollarda qalmış ümumilikdə 200-dən çox avtomobili sərnişinləri ilə birlikdə xilas etdiklərini deyib.

 

O, həmçinin xilasedicilərin dağlıq bölgələrdən keçən magistrallarda qalanlara kömək etdiklərini bildirib.

 

Qar səbəbindən hazırda əyalətin bir çox bölgələrində yollar buz bağladığından, avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb.

 

Şərqi Azərbaycanda da qar və çovğunlu hava davam edir. Bu səbəbdən bu gün əyalətin bir çox məktəblərində tətil elan edilib. Əyalət yolları və magistrallarının buz bağladığı deyilir.

 

Məsulların qarın yaratdığı fəsadları aradan qaldırmaq, eləcə də buz bağlamış yolların açılması üçün heç bir tədbir görməməsi əyalətlər ərazisində gediş-gəlişi iflic vəziyyətə salıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31