Muğan(Parsabad) şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Seyid Rza Seyid Nuri 2-ci cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən verilən qərara əsasən əleyhinə irəli sürülmüş ittihamlardan bəraət alıb.
Gunaz.tv
Mürtəza Cəlili Fərdin başçılıq etdiyi 103-cü şöbə Cinayət Prosessual Məcəlləsi 4-cü maddəsinə istinadən milli-mədəni fəala qarşı irəli sürülən “sistemə qarşı təbliğat”, “İran İslam Cumhuriyyətinin banisini aşağılamaq” və “rəhbəri təhqir etmək” ittihamlarını ləğv edib.
Yanvar ayının 10-da adı çəkilən məhkəmə şöbəsi mədəni fəalı məhkəməyə dəvət edib işi incələyərək onun işinə baxmağa səlahiyyətinin olmadığını bildirmiş və R.S.Nurinin işi şəhər İnqilab Məhkəməsinə göndərmişdi.
“Seyid Rza Seyid Nuri” 2020-ci il 18 oktyabr tarixində Nurduz gömrüyünün bağlanması tələbi və İranın Ermənistana silah və texnika yardımına qarşı keçirilən aksiyada həbs olunub. O, bir gün sonra 70 milyon tümən vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılmışdır.
C.E