Qarabağ savaşında itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

2021-04-27 17:44

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Respublika Hərbi Prokurorluğundan verilən məlumatda bildirilir. 

Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən şahidlərin dindirilməsi, ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, onların nəşi müvafiq qaydada götürülməklə müayinə olunub, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq ailələrinə təhvil verilməsi təmin edilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24