SON XƏBƏRLƏR

QARABAĞ ÜÇÜN DAHA BİR TƏHLÜKƏ

2021.10.20, 07:36
QARABAĞ ÜÇÜN DAHA BİR TƏHLÜKƏ

Gunaz.tv
QARABAĞ ÜÇÜN DAHA BİR TƏHLÜKƏ Qərbin Abxaziya və Dnestryanı bölgə ilə əməkdaşlığa başlaması nədən xəbər verir? 90.jpg Beynəlxalq güclər daha iki separatçı rejimə dəstək verməyə başlayıb. Kosovonun müstəqilliyi tanınandan sonra Qərbin Abxaziya və Dnestryanı bölgə ilə əməkdaşlıq meylləri aşkara çıxıb. Bu barədə artıq bir neçə ciddi mənbədən məlumatlar yayılıb. Ekspertlər belə məlumatların dövriyyəyə buraxılmasını təsadüfi saymırlar. Yəni Qərb özü bu kimi xəbərlərin yayılmasında maraqlıdır. Bu o deməkdir ki, beynəlxalq güclər geosiyasi maraqlar baxımından Abxaziya və Dnestryanı bölgə ilə əməkdaşlığı məqsədəuyğun sayıb. Belə rəylərə rast gəlinir ki, artıq Abxaziyanın Gürcüstanın tabeliyinə qaytarılması mümkün deyil. Bunu qeyd edən Qərb dairələri Abxaziyanın heç olmasa, Rusiyanın forpostuna çevrilməsinin qarşısını almaq üçün onlarla əməkdaşlıq etməyə başlayıb. Eyni zamanda Qərb Dnestryanı bölgəni də özünün nəzarətində saxlamağa çalışır. Abxaziya məsələsində belə rəylər də var ki, Gürcüstan demokratiya yolu ilə getdiyi halda, Qərb nə üçün Abxaziyanın onun tərkibinə qaytarılmasında yox, müstəqilliyinin tanınmasında maraqlıdır? Qeyd etmək lazımdır ki, burada təkcə demokratiya məsələsi əsas götürülmür. Bu məntiqlə gərək Kosovonun da müstəqilliyi tanınmayaydı, çünki Serbiya da demokratiya yolu ilə addımlayır. Burada əsas məsələ Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinin qarşısını almaqdır. Yəni indi elə bir vəziyyət yaranıb ki, Abxaziyadan Gürcüstanın tabeliyinə keçməyi tələb etmək daha da pis nəticələr verə bilər. Rusiyanın təsiri ilə münaqişə ocağı yenidən ciddi şəkildə alovlana bilər. Ən uğurlu variant Abxaziyaya dəstək verib onu, Rusiyanın forpostuna çevrilməsini əngəlləməkdir ki, Qərb də bu yolu tutur. Lakin burada bir təhlükəli məqam da ortaya çıxır ki, separatçı bölgələri tanımaqda, onlarla əməkdaşlığa getməkdə davam edən Qərb Qarabağla bağlı da analoji xətti tuta bilərmi? Hələ Kosovonun müstəqilliyi tanınanda ən ciddi ekspertlər bunun Qarabağ üçün potensial təhlükə olduğunu qeyd edirdilər. Yəni yaxın vaxtlar üçün olmasa da, perspektivdə belə bir təhlükə yarana bilər. Lakin ekspertlər Abxaziya və Dnestryanı bölgədəki problemin Qarabağ münaqişəsi ilə eyniləşdirilməsini də düzgün saymırlar. O baxımdan ki, Abxaziyanın və Dnestryanı bölgənin Rusiya ilə birbaşa sərhədləri olduğundan Kreml onlara hansısa təsirlər göstərə, onları öz nəzarətlərinə keçirə bilər. Qərb isə bunu əngəlləməyin yolunu həmin rejimlərlə əməkdaşlıq etməkdə və mümkün variantda onların müstəqilliyini tanımaqda görür. Dağlıq Qarabağla isə Rusiyanın birbaşa sərhədləri olmadığından ora təsir etmək imkanları məhduddur. Ona görə də Qərbin bu məsələdə analoji xətt tutacağını söyləmək çətindir. Qərb çalışacaq ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapsın. Onlar bu münaqişənin güzəştlərə gedilməklə çözülməsinin tərəfdarıdırlar və ən uğurlu variant kimi bunu görürlər. Çünki bu bölgədə sabitlik Qərb üçün ən başlıca şərtdir. Onlar bilirlər ki, Qarabağdakı separatçı rejimin müstəqilliyi məsələsinin ortaya çıxması müharibənin yenidən başlamasına səbəb ola bilər. Eyni zamanda oradakı separatçı rejim Ermənistanın, Ermənistan isə Rusiyanın nəzarətindədir. Yəni istənilən halda müstəqillik məsələsi ortaya çıxandan sonra Rusiya onu nəzarətində saxlaya biləcək. Bu səbəblərdən Qərbdə Qarabağ məsələsinə çox ehtiyatla yanaşırlar və onlar bu məsələdə Kosovo, Abxaziyaya qarşı tutduqları mövqeyi çox güman ki, təkrarlamamağa çalışacaqlar. Amma eyni zamanda biz onun da şahidi olmuşuq ki, erməni lobbisinin fəaliyyəti nəticəsində düşmən ölkə indiyədək Qarabağ məsələsində bir sıra qərarlar qəbul etdirə bilib. Bu baxımdan separatçı rejimlərin müstəqilliyinin tanınması prosesinin Qarabağdan yan ötəcəyini birmənalı şəkildə düşünmək olmur. Orxan QARAÇAYLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar