Qarabağda nə baş verir? –“Arayikə qarşı üçüncü qüvvə ortaya çıxıb”-Politoloq

2021-06-23 12:40

​​​​​​​Ermənistanda parlament seçkiləri başa çatdı. Hakimiyyətə inqilabla gəlmiş Baş nazir Nikol Paşinyan bu seçkidə də mövqeyini qorudu.

Gunaz.tv Quote | Gunaz article

Yeni hökuməti seçkinin qalibi olmuş Paşinyanın partiyası formalaşdıracaq. Ana  müxalifətdə olan sabiq prezident Robert Köçəryanı dəstəkləyən qüvvələr isə parlamentdə cəmi 20 faiz səs alıb. 

İşğalçı ölkədə seçkidən sonrakı gərginlik davam edir. Bu arada erməni icmasının yaşadığı Azərbaycanın Xankəndi bölgəsində siyasi çəkişmələr başlanıb. Nikol Paşinyanı dəstəkləyən erməni icmasının rəhbəri Arayik Arutunyan əleyhinə mitinqlər keçirilir. Ekspertlər hesab edir ki, Arayikə qarşı qüvvələri fəallaşdıran Köçəryandır. Xankəndində nə baş verir? Arayiki devirməyə çalışan kimlərdir?

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva Günaz.TV-yə açıqlamasında deyib ki, Arayik Arutunyanın mövqeləri xeyli zəifləyib:

Yeganə Hacıyeva: BMT-nin ən ağrılı problemi ilə bağlı Əliyev dünyaya daha  bir çağırış etdi - TŞ qətnamələri kağız parçaları kimi qalacaq, ya...

“Öncə bunu qeyd edim ki, Arayik üçün artıq hər şey bitib. 44 günlük Vətən müharibəsi Qarabağda 30 illik status-kvonu dəyişib. Qarabağda bütün konfiqrasiyalar pozulub, ancaq yeniləri də formalaşmayıb. İçəridə hərbi cinayətkarlardan ibarət bir rəhbərlik var. 

Onlar 30 ildə Qarabağda talançılıqla məşğul olub, insanlara zülm edib. Azyaşlı qızları, oğlanları insan alverinə cəlb edib, yerli əhalini narkotik plantasiyalarında qul kimi işlədiblər. 2019-cu ildə ingiltərəli araşdırmaçı “Narko Qarabağ” adlı bir kitabı çıxmışdı. Orada azyaşlı erməni qızlarının cinsi istismara məruz qaldığı yazılır”. 

Politoloq bildirib ki, sabiq prezident Robert Köçəryan Qarabağ vasitəsilə Ermənistana hakimiyyətə qayıtmaq istəyir: “Əslində son parlament seçkilərində Robert Köçəryan tam uduzmayıb. O qədər çirkli imicə malik, korrupsiyaya bulaşmış bir şəxs 20 faiz səs toplayaraq parlamentə düşüb. İndi o Qarabağdan istifadə edib hakimiyyətə qayıtmaq istəyir. 

Amma Qarabağda baş verənləri təkcə Köçəryanla bağlamaq düzgün deyil. Baş verənlərin mediaya yansıyan tərəfi odur ki, Qarabağdakı erməni icması Köçəryanı dəstəkləyir, Paşinyanın əleyhinədir. Arayik də Paşinyanı dəstəklədiyi üçün onu sevmirlər, getməsini istəyirlər. Reallıq isə ondan ibarətdir ki, 44 günlük savaşdan sonra regionda yeni reallıqlar yaranıb. 

Bəziləri hesab edir ki, Qarabağdakı erməni icmasının Azərbaycanda bir təmsilçiliyi olmalıdır. Ancaq bu, Arayik Arutunyan olmayacaq. Çünki Azərbaycan onu axtarışa verib. Qarabağda 3 xətt var hazırda. Birincisi 2018-ə qədər hakimiyyətdə olmuş qrupdur. İkinci xətt Qarabağa transfer olmuş, Ermənistanın dəstəklədiyi qüvvədir.

Müharibədən sonra birinci və ikincilərə aid olmayan üçüncü qrup yaranıb. Hazırda həmin o 3-cü qrup bilir ki, bu proses Rusiya sülhməramlıların və Ermənistanın dəstəyi ilə uzağa gedə bilməz. 

Paşinyandan döyüşləri dayandırmağı Arayik də xahiş edib

Onlar bilir ki, sülhməramlılar uzun müddətə Azərbaycan ərazisi olan Qarabağda qalmayacaq. 3-cü qrup yeni reallığı dərk edən qrupdur. İddia etmirəm ki, onlar Qarabağın erməni əhalisinin Azərbaycanın mərkəzi hakimiyyətində: parlamentdə, hökumətdə, idarəetmədə təmsilçiliyini, Bakı ilə münasibətlərin dərinləşməsini arzu edirlər.

Sadəcə başqa yol görmürlər. Zaman gələcək Azərbaycan qanunları Dağlıq Qarabağda da işləyəcək. Qarabağda, erməni icması arasında kim önə düşəcəksə, onlar da irəli çəkiləcək”. 

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31