Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22 08:59

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz edən və Qarabağın işğaldan azad olunması uğrunda Vətən savaşına dəstək verən 12 ərdəbilli milli-mədəni fəal məhkəməyə çağırılıb. 

Gunaz.tv Quote | Gunaz article

Aprelin 21-də gələn bildirişdə onlardan Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinə gəlmələri tələb olunur. 

 

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə qeyd olunur ki,  milli-mədəni fəallar Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colanidən bildirişi aldıqdan 5 gün müddətində son müdafiələrini etmək üçün Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsinə müraciət etməlidir.

 

Bildirişdə adı çəkilən fəallara qarşı “səs-küy salmaqla ictimai asayişi və intizamı pozmaq”, “bilərəkdən özünə bədən xəsarəti yetirmək”, “iş başında olan polis əməkdaşlarını təhqir etmək və tabe olmamaq”, “rəhbəri təhqir etmək” və “ölkənin daxili təhlükəsizliyinə qarşı aksiyada iştirak etmək və əlbir olmaq” ittihamları irəli sürülüb.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 28-də  Güney azərbaycanlı milli fəallar Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək mitinqi keçirib. 

 

Həmin vaxt bir qrup milli fəal təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Ərdəbillə yanaşı Tehran, Təbriz, Urmiya şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edildi, onlardan bir sırası girov müqabilində müvəqqəti sərbəst buraxıldı.


 
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın başlamasından bəri İran təhlükəsizlik qüvvələri Güney Azərbaycan şəhərlərində və Tehranda Azərbaycan ordusuna göstərilən dəstək aksiyasını dağıdıb, yüzlərlə türk fəal və vətəndaş saxlanılıb, onlara işgəncə verilib.
 
Hadisənin üstündən aylar keçməsinə baxmayaraq milli-mədəni fəalların məhkəmə prosesləri hələ də davam edir.

 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14