SON XƏBƏRLƏR

Qaradağda meşələr kütləvi olaraq qırılır- VİDEO

2021.10.20, 07:36
Qaradağda meşələr kütləvi olaraq qırılır- VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qaradağ (Ərəsbaran) bölgəsində meşələrin misli görünməmiş ölçüdə qırılması davam edir.

 

Yayılan videolarda meşə zolaqlarında olan ağacların kütləvi şəkildə kəsildiyi və ağacların seyrəldiyi müşahidə edilir.

 

Digər videolarda isə kəsilmiş ağacların Təbriz- Bostanabad magistralının kənarında depolandığı nəzərə çarpır. Vəziyyət bu cür davam edərsən, Güney Azərbaycanı daha bir ekoloji təhlükə bürüyəcək və bölgə ərazisində yerləşən meşələr tamamilə məhv olma təhlükəsi ilə üz-üzə qalacaq.

 

Şərqi Azərbaycan Ekologiya İdarəsi məsələ ilə bağlı heç bir açıqlama verməməklə yanaşı, bölgə meşələrinin məhv edilməsinin qarşısını almaq üçün heç bir tədbir görmür.

 

Sosial şəbəkə istifadəçilərinin bu həssas məsələyə qarşı etirazlarına baxmayaraq, hazırda da Qaradağ meşəsinin qırılması və məsulların heç bir intizam tədbiri görməməsi halı davam edir.

 

Aşağıdakı video ağacların qırılması və köklərinin yandırılmasını özündə əks etdirir:

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar