SON XƏBƏRLƏR

Qardaş ölkədə Xocalı şəhidləri üçün ehsan verilib

2021.10.20, 07:36
Qardaş ölkədə Xocalı şəhidləri üçün ehsan verilib

Gunaz.tv

GünAz TV: Türkiyənin Balıkesir şəhərində 1992-ci il fevralın (February) 26-da şəhid olan 613 Xocalı sakini üçün ehsan verilib.

 

Şəhərin "Hisslər" bulvarında lokmaçı Əli ustanın hazırladığı lokmadan (əsasən hüzür yerlərində ehsan məqsədilə paylanan yerli şirniyyat) dadmaq istəyən şəhər sakinlərindən ibarət uzun növbə yaranıb.

Azərbaycan dərnəyi federasiyasının sədri Ayxan Candemir bazar günü Taksim mitinqində iştirak etdiklərini, yaşadığı şəhərin sakinlərini də bu soyqırımından xəbərdar etmək istədiklərini deyib: “Keçən bazar günü Taksim mitinqində Xocalı soyqırımına etiraz etdik. Belə bir addımı da Baıkesir sakinlərinin diqqətini bu soyqırımına cəlb etmək üçün atdıq. Sakinlərə ehsan verdik. Soyqırımı sadəcə Azərbaycan türklərinin yox, dünyada olan bütün müsəlmanların və türklərin məsələsidir. Hamının daha həssas olmasını arzulayırıq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar