SON XƏBƏRLƏR

Qasım Süleymani Zərifə dəstək vermək üçün İran XİN-ə gedib

2021.10.20, 07:36
Qasım Süleymani Zərifə dəstək vermək üçün İran XİN-ə gedib

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani Amerikanın Məhəmməd Cavad Zərifi sanksiyalar siyahısına salmasına reaksiya vermək üçün İran Xarici İşlər Nazirliyinə gedib.

 

Zəriflə görüşən Süleymani Amerika əleyhinə fikirlər səsləndirirb. O, Zərifin “dini lider”lə yaxınlığına görə “Amerikanın qəzəbinə və düşmənçilik siyasətinə tuş gəldiyini” deyib və buna görə də onu təbrik edib.

 

“Məhəmməd Cavad Zərif Amerika xalqının ictimai rəyinə təsir edə bildiyinə görə, Amerika ona qarşı sanksiya qəbul edib”- deyə “Qüds Briqadası”nın komandanı iddia edib.

 

Qeyd etmək lazımdır ki, Amerika Maliyyə Nazirliyi iyulun 31-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiyalar siyahısına saldığı barədə məlumat yaymışdı. Ötən günlər ərzində bir çox mühafizəkar və “dini lider”ə yaxın siyasətçilər bu qərara kəskin reaksiya vermişdilər.

 

Digər tərəfdən, uzun müddətdir ki, “Qüds Briqadası” və komandanı ilə Zərif başda olmaqla, Xarici İşlər Nazirliyi arasında ciddi rəqabət yaşanır. Xüsusilə də, cari ilin fevral ayında Bəşər Əsədin Qasım Süleymani tərəfindən koordinasiya edilmiş Tehrana səfəri zamanı keçirdiyi görüşlərdə Zərifin iştirak etməməsi ziddiyyətləri daha çox nümayiş etdirmişdi. Bundan sonra Zərif öz “İnstagram” səhifəsində istefa verdiyini elan etsə də, bir neçə gün sonra yenidən öz işinə qayıtmışdı.

 

Bundan başqa, İranın bir neçə Yaxın Şərq ölkəsinə səfir təyin etməsinin “Qüds Briqadası”nın razılığı ilə həyata keçirilməsi də iki qurum arasında mövcud olan ixtilaflardan biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar