SON XƏBƏRLƏR

Qasım Süleymaninin öldrülüməsi xəbərini eşidən Bağdad sakinləri küçələrə axışaraq şənlik ediblər- VİDEO

2021.10.20, 07:36
Qasım Süleymaninin öldrülüməsi xəbərini eşidən Bağdad sakinləri küçələrə axışaraq şənlik ediblər- VİDEO

Gunaz.tv

GünazTV: “Sepah”ın “Qüds” briqadası komandanı Qasım Süleymaninin Amerika hərbi qüvvələrinin raket hücumunda öldürülməsi xəbərini eşidən Bağdad sakinləri gecə yarısında küçələrə axışaraq şənlik ediblər.

 

İranın, o cümlədən də “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin İraqın daxili işlərinə qarışmasından bezən Bağdad sakinləri əllərində bayraqlar gəzdirərək ABŞ prezidenti Donald Trampın birbaşa əmri ilə həyata keçirilən raket hücumuna dəstək verərək, İranın bu ölkənin daxili işlərinə müdaxiləsinə son qoyulmasını tələb ediblər.  Məşhur qəddar terrorçunun məhv olunmasından sevindiklərini bildirən yürüşçülər həmçinin İran rejiminə qarşı şüarlar səsləndiriblər.

 

Yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb.

 

 Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar