SON XƏBƏRLƏR

Qaşqay türkləri ustad Fərhad Qorqinpurla vidalaşdılar – GÖRÜNTÜ

2021.10.20, 07:36
Qaşqay türkləri ustad Fərhad Qorqinpurla vidalaşdılar – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Qaşqay türkləri 70 yaşında vəfat edən tanınmış musiqi ustadı Fərhad Qorqinpurla vidalaşıb.

 

Ustad Fərhad Qorqinpurun dəfn mərasimi cümə günü, noyabrın 2-də keçirilib, o Abadənin qəbiristanlığında torpağa tapşırılıb.

 

Qaşqay türklərindən olan musiqi ustadının dəfn mərasimində izdiham yaşanıb, mərasimdə çox sayda Qaşqay türkü iştirak edib.

 

Ustad Fərhad Qorqinpur uzun müddət xərçəng xəstəliyi ilə mübarizədən sonra oktyabrın 31-də Şirazın Namazi Xəstəxanasında vəfat edib.

 

Fərhad Qorqinpur 1948-ci ildə Şiraz şəhərində Qaşqay türkü ailəsində dünyaya göz açıb. Doğulduğundan gözləri zəif görən musiqiçi 50 yaşında görmə qabliyyətini təmami ilə itirib. Buna baxmayaraq o akkordeon ifaçısı kimi böyük musiqi ustadına çevrilib.

 

Fərhad Qorqinpur ədəbiyyat sahəsində də fəal olub, “Qərib və Sənəm” və “Koroğlu” kitabları onun məşhur əsərlərindəndir.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar