SON XƏBƏRLƏR

Qaşqay türkü olan Sitayiş Ruydel milli məzmunda “Story” paylaşıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Qaşqay türkü olan Sitayiş Ruydel milli məzmunda “Story” paylaşıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İsfahanın “Zoh ahən” komandasının oyunçusu, qaşqay türkü olan Sitayiş Ruydel milli məzmunda bir “Story” paylaşıb.

 

Cümə günü keçirilən “Traxtur”-“İstiqlal” görüşündən əvvəl paylaşılan “Story”-də qeyd olunub ki, “Mən bütün dünya türklərinin simvolu olan bozqurdam”.

 

Gənc futbolçu İranda türklərə qarşı yönələn mədəni təzyiqlərə də toxunub: “Bir toplumdakı türk millətinə aid heç bir tarixi mif, qalıcı əsər və kitab nəşr edə bilmirik və bütün gənclərimizin beyni mənasız seriallar və “cumong” əfsanələri ilə doldurulur, özümüz kimliyimizi unutmamağa çalışmalıyıq.”

 

O yazdığı mətnin altında dünya türklərinin simvolu olan bozqurd işarəsi də görüntüləyib.

 

 

S.Ruydel bir neçə gün əvvəl də Azərbaycanın “Traxtur” komandasına dəstək məqsədi ilə “Story” paylaşmışdır. “Story”də “YaşasınAzərbaycan”, “Özümü tərifləmək olmasın, mən türkəm” və “İrqçilik qadağandır, şüursuz olmayaq, yaşasın türk milləti” kimi sözlər yer almışdır.

 

 

Qeyd edək ki, Şiraz, Kohkiluye və Boyrəhməd, Çaharmahal və Bəxtiyari, Xuzistan, İsfahan, Fars, Qum, Mərkəzi və Buşehr vilayətlərində yaşayan Qaşqay türkləri İranda ən böyük türk topluluqlarından biridir. Qaşqay türklərinin sayı barədə dəqiq statistik məlumat olmasa da, onların İranda 2-3 milyon nəfər olduğu təxmin edilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar