SON XƏBƏRLƏR

Qəddafi seçki istəyir

2021.10.20, 07:36
Qəddafi seçki istəyir

Gunaz.tv

GünAz TV: Müxalifət və Vaşinqton Liviya (Libi) prezidentinin oğlunun irəli sürdüyü təklifi rədd edib.

 

Liviya prezidenti Müammər Qəddafinin oğlu Seyf Qəddafi atasının ancaq daha bir seçkidə uduzarsa iqtidarı buraxa biləcəyini söyləyib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Seyf Qəddafi İtaliya mətbuatına verdiyi açıqlamada ölkədə 3 ay içində, ən geci il sonuna qədər seçki keçirilə biləcəyini, seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən də izlənə biləcəyini deyib.

 

 Seyf Qəddafi atasının seçkidə uduzacağı təqdirdə hakimiyyətdən çəkilə biləcəyini, amma sürgünə getməyəcəyini bildirib.

 

 Liviyanın baş naziri Bağdadi Mahmudi isə Seyf Qəddafidən fərqli sözlər söyləyib.

 

 Mahmudi Qəddafinin inqilab lideri olduğunu, siyasi və ya idari vəzifəsi olmadığını, o səbəbdən referendumla vəzifəsindən istefa verməsindən söhbət gedə bilməyəcəyini açıqlayıb.  Baş nazir Liviyada sülhə nail olmağın tək yolunun NATO-nun bombardmanı kəsməsi olduğunu vurğulayıb.

 

 Seyf Qəddafinin seçki təklifi isə Vaşinqton və müxaliflər tərəfindən rədd edilib. Müxaliflər Qəddafinin belə təklif irəli sürəcək səlahiyyətinin olmadığını bildiriblər. Vaşinqton isə artıq çox gec olduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar