SON XƏBƏRLƏR

Qərb nüvə məsələsində İranın yeni mövqeyinə ehtiyatla yanaşır

2021.10.20, 07:36
Qərb nüvə məsələsində İranın yeni mövqeyinə ehtiyatla yanaşır

Gunaz.tv
GünAzTv: Mahmud Əhmədinejad deyib ki, onun ölkəsi BMT-nin tələb etdiyi kimi uranı zənginləşdirmək üçün xaricə göndərməyə hazırdır.GünAzTv mətbuat mərkəzinin Xarici Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, Almaniyanın kansleri Angela Merkel bildirib ki, İran sözdən əmələ keçməlidir.Həmçinin ABŞ və Fransa İranı bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmi məlumat verməyə çağırıblar.Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, əgər İran bundan əvvəl razılaşdırılmış sxemə dönməyə hazırdırsa, biz bunu yalnız alqışlaya bilərik.Qərb ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.Tehran itihamı rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar