SON XƏBƏRLƏR

Qərbi Azərbaycan ərazisindəki tarixi türk mahallarımız

2021.10.20, 07:36
Qərbi Azərbaycan ərazisindəki tarixi türk mahallarımız

Gunaz.tv
Qərbi Azərbaycan ərazisindəki tarixi türk mahallarımız Qərbi Azərbaycan ərazisindəki tarixi türk mahallarımız Göyçə aşıq sənətinin beşiklərindən biri olub Elçin Qaliboğlu Ötən saylarımızda Azərbaycan Respublikasının sınırlarından kənardakı tarixi torpaqlarımız (Güney Azərbaycan, Borçalı) barəsində danışmışdıq. Budəfəki söhbətimiz hazırda "Ermənistan" adlandırılan, amma ki, başdan-başa tarixi Azərbaycan-türk torpağı olan böyük bir bölgənin tarixi mahalları barədədir. Bu barədə daim söhbət açmaq ona görə gərəklidir ki, ruh yaddaşımız korşalmasın. Araşdırmaçı Əziz Ələkbərlinin bu yöndə gərəkli, maraqlı araşdırmaları var. Tanınmış mahallardan biri olan Ağbaba mahalı barədə araşdırmaçının qənaəti belədir: "Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi 1877-1878-ci illərdə çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanıb, "Ermənistan SSR" rayonlaşdırılan zaman bu ərazidə Amasiya inzibati rayonu yaradılıb. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə Sovet-Türkiyə sərhədləri müəyyənləşdirildikdən sonra Ağbaba mahalının Köhnə İbiş və Bəzirgan kəndləri Türkiyə ərazisində qalıb. Mahal Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib". Dərələyəz mahalı indi "Ermənistan" adlanan tarixi türk torpaqlarının sayılıb-seçilən mahallarından olub: "Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyaya birləşdirilib, Çar hökumətinin 1870-ci il ərazi-inzibati bölgüsünə əsasən mərkəzi Baş Noraşen olmaqla İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil edilib. "Ermənistan SSR" rayonlaşdırılan zaman Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz mahalı bir tərəfdən Basarkeçər, digər tərəfdən Dərələyəz dağ silsilələri ilə əhatələnib. Dərələyəz (indi Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır, şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (3120 m). Böyük bir tarixi Azərbaycan-Türk mahalı olan Zəngəzur mahalı Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir: "Ona görə bu əraziyə Zəngi Dərəsi də deyilir. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metrdir. Çar Rusiyası dövründə Gəncə Quberniyasının tərkibində olub, "Ermənistan" respublikası rayonlaşdırılan zaman mahalın bu respublikada qalan hissəsində 4 rayon (Meğri, Gorus, Qafan, Qarakilsə) yaradılıb. Bu mahalın indi o ellərdən 20 ildir deportasiya olunmuş soydaşlarımızın ağlında və ürəyində yaşayan yer-yurd, təbiət adlarına diqqət kəsilək: dağlar: Qapıcıq, Alangəz, İşıqlı, Gəzbel; qayalar: Şahbaz yurdu, Dərbənddaşı, Nup; yaylaqları: Hüseynbəyçimən, Savxan, Xəllərgah, çeşmələr: Darbərə, Kahlan, Şırşırı, Bəhrambəy; çayları: Gilan:, Saqqarsuyu, Oxçuçay, Bəsit, Bazarçay və s. Məşhur Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir: "Bu yerlər Rusiyaya birləşdirilənə kimi İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində "Ermənistan"da rayonlaşdırılma aparılarkən Göyçə mahalı 5 rayon arasında bölüşdürülüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər, Yelenovka. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Həmçinin Göyçə Azərbaycan aşıq sənətinin, aşıq şeirimizin beşiklərindən biri olub, ədəbiyyat və mədəniyyət tariximizə Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasım, Aşıq Nəcəf, Aşıq Sayad, Aşıq Məhərrəm, Aşıq İmran kimi neçə-neçə ustad saz və söz sənətkarlarını bəxş edib". Borçalının Ermənistanda olan hissəsi Loru adlanır: "Borçalı Rusiya tərəfindən işğal olunduqdan sonra bu ərazidə Tiflis qəzası daxilində Borçalı distansiyası yaradılıb. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir, onun ən böyük nahiyəsi məhz Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu yerlərdə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, 14-15-ci yüzillərdə təzədən bərpa olunduğu, 15-17-ci yüzillərdə İran və Osmanlı hücumlarına məruz qaldığı yazılır. 1918-c ilin oktyabrında erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən Borçalıya hücum edərək Loru və Pəmbək ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən "Ermənistan" - Gürcüstan konfransında Borçalı qəzası, əslində isə Loru nahiyəsi neytral zona elan edilir. 1920-ci ilin setyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür. 1921-ci il noyabrın 6-da Gürcüstan bolşevik hökuməti ilə "Ermənistan" bolşevik hökuməti arasında Loru mahalının "Ermənistan"a verilməsi barədə razılıq əldə edilir. 1922-ci ilin dekabrında Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatılır. Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon - Barana, Allahverdi, Calaloğlu, Vorontsovka kimi əksini tapır". Pəmbək mahalı Pəmbək və Bazum dağ silsilələri arasındakı ərazini əhatə edir: "Pəmbək silsiləsi Gümrü şəhərindən Göyçə gölünün şimal-qərb hissəsinə qədər uzanır. Ən hündür zirvəsi 3101 metrdir. "Ermənistan"ın rayonlaşdırılması zamanı ərazi əsasən Hamamlı və Böyük Qarakilsə rayonları arasında bölüşdürülüb. Bu yerlər tarixin müəyyən mərhələsində Borçalı xanlığına daxil olub". Şörəyel (Şirək-El) mahalı haqqında bilgi verən araşdırmaçı deyir ki, mahalın çox hissəsi hazırda Türkiyə ərazisində yerləşir: "Əhalisi bütünlüklə Azərbaycan Türklərindən ibarət olub. Mahalın Rusiya tərəfindən işğal olunmuş hissəsi "Ermənistan SSR" rayonlaşdırılan zaman 3 inzibati rayona -(Düzkənd, Agin, Ərtik) bölünüb. Qədim şaman türklər olan Şirək tayfalarının miladdan əvvəl 3-2-ci minilliklərdə Don-Terek çayları ətrafında yaşadığı və Xəzərlərin bir qolu olan bu tayfaların Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz-Arpa çayı boyunca yerləşmələri haqda yazılır. "Dədə Qorqud" dastanlarında Şəruk kimi qeyd edilir. Düzkənd rayonundakı qala və kənd Şirək adlanıb".dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar