SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində 1 ayda 4755-dən çox ailənin subsidiyası kəsilib

2021.10.20, 07:36
Qərbi Azərbaycan əyalətində 1 ayda 4755-dən çox ailənin subsidiyası kəsilib

Gunaz.tv

GünAz TV: İranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qərbi Azərbaycan şöbəsinin müdiri Rza Tağızadə əyalət ərazisində 4755-dən çox ailəyə ödənilən subsidiyanın dayandırıldığını deyib.

 

Tağızadə qeyd edib ki, hələ ki, yardımların kəsildiyi ailələrin sayı ilə bağlı dəqiq və yekun statistika mövcud deyil. Lakin sentyabr ayı ərzində 4755-dən çox ailəyə ödənilən yardımlar dayandırılıb.

 

Rəsmi həmin ailələrin gəlirli şəxslər siyahısına daxil olduğunu iddia edib. Onun sözlərinə görə, aprel ayından iyul ayına qədər bankda apardıqları maliyyə əməliyyatları 70 milyondan çox olan ailələr subsidiyaları dayandırılan şəxslər siyahısına daxil olurlar və bu onlara ayrılan subsidiyanın kəsilməsi prosesi mərhələli şəkildə icra ediləcək.

 

“Hər ay əyalətin gəlirləri yüksək olan ailələrindən 1%-nin subsidiyasının kəsilməsi proqnozlaşdırılır. Bununla da əyalətin həqiqi ehtiyaclı insanları milli mənbələrdən daha çox yararlana biləcəklər”,- deyə  Rza Tağızadə əlavə edib.

 

O, sonda qeyd edib ki, insanların bir çoxu bu prosesdən narazı qalıb. Rəsmi həmin şəxslərin öz etirazlarını əsaslandırmaq üçün əyalətdə fəaliyyət göstərən Dövlət Xidmətləri İdarələrinə müraciət etmək haqqının olduğunu deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar