SON XƏBƏRLƏR

“Qərbi Azərbaycan Əyalətində işsizlərin sayı artıb”

2021.10.20, 07:36
“Qərbi Azərbaycan Əyalətində işsizlərin sayı artıb”

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi təmsil etdiyi əyalətdə ali təhsili olan təxminin 63 min nəfərin işsiz olduğunu bildirib.


Bu barədə Rza Nağızadə “İsna” xəbər agentliyinə danışıb.

“Qərbi Azərbaycanda 432 min 53 nəfər ali təhsilli insan var. Onlardan 62 min 517 nəfəri işsizdir”-deyə o bildirib.

 

Əyalətdə ali təhsilli gənclərin 209 min 269 nəfərinin daimi işlə təmin olunduğunu deyən Rza Nağızadə işsizlik göstəricisi ilə bağlı Qərbi Azərbaycanı digər əyalətlərlə müqayisə edib. O qeyd edib ki, ölkədə ali təhsilli gənclərin işsizlik səviyyəsi 18.3 faizdir. Təəssüflər olsun ki, bu rəqəm Qərbi Azərbaycan Əyalətində 23 faizdən ibarətdir. Bu o deməkdir ki, əyalətimizdə işsizlik səviyyəsi ölkənin digər əyalətlərindən daha yüksəkdir.

 

Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsi rəisinin sözlərinə görə, ötən il İranda bütün katiqoriyalar üzrə işsizlik səviyyəsi 1.1 faiz aşağı düşüb. Lakin bu rəqəm Qərbi Azərbaycanda 0.3 faiz artım göstərir.


Bundan əvvəl Şərqi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi Əhəd Hüseyni hər il təxminən 200 min nəfərin işsizlikdən Şərqi Azərbaycandan digər əyalətlərə köçdüyünü qeyd etmişdir.
İranın Güney Azərbaycana qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasəti və bölgəyə sərmayə yatırılmaması yaşanan işsizlik probleminin əsas səbəbidir. Bu problem Güney Azərbaycanın bütün əyalətlərində getdikcə dərinləşir.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar