SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Əyalətində parlament seçkilərinin ilkin nəticələri məlum olub

2021.10.20, 07:36
Qərbi Azərbaycan Əyalətində parlament seçkilərinin ilkin nəticələri məlum olub

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 21-də İranda parlament seçkiləri keçirilib.

 

Radikal kürd təşkilatlar və terror qruplaşmalarının geniş təbliğat apardığı Qərbi Azərbaycan Əyalətində keçirilən seçkilərin ilkin nəticələri artıq məlum olub.

 

Güney azərbaycanlıların xüsusi həssaslıqla gözlədiyi seçki dairələrində lider namizədlər aşağıdakılardır:

Urmiya şəhərindən - Salman Zakir, Ruhulla Həzrətpur və Vəhid Calalzadə

Salmasdan - Yaqub Rzazadə

Bukandan – Ənvər Həbibzadə Bukani

Mahabaddan – Calal Mahmudzadə

Xoydan – Adil Nəcəfzadə

Makı və Çaldıran şəhərlərindən – Məhəmməd Əlipur

Sulduz və Üşnəviyyədən - Əli Zəncani

Tikantəpə və Sayınqala şəhərlərindən – Həsən Hümməti

Qoşaçay şəhərindən – Mehdi İsazadə

Sərdəşt və Piranşəhr şəhərlərindən – Kamal Hüseynpur

 

Qeyd edək ki, Urmiya və Sulduz şəhərlərində lider  namizədlər siyasi mövqelərinə baxmayaraq, bölgənin xüsusi şəraitinə görə azərbaycanlı milli-mədəni fəalların dəstək verdiyi namizədlər olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar