SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Əyalətində şagirdlərin 50 faizi yoxsulluqdan dolayı təhsildən kənarda qalır

2021.10.20, 07:36
Qərbi Azərbaycan Əyalətində şagirdlərin 50 faizi yoxsulluqdan dolayı təhsildən kənarda qalır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın qərb bölgəsində şagirdlərin 50 faizi yoxsulluqdan dolayı təhsildən kənarda qalır.

 

Bu barədə Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi əyalətin inkişaf və planlaşdırma şurasının keçirdiyi tədbirdə çıxış edib.

 

“Qərbi Azərbaycanda 8700 uşağın təhsildən kənarda qaldığı müəyyənləşdirilib. Bunun əsas səbəbi yoxsulluqla bağlıdır, uşaqlar məişət problemləri ilə əlaqədar işləməyə məcbur olur və məktəbə getmir”- deyə o bildirib.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, İ.Məhəmmədi əlavə edib ki, Qərbi Azərbaycan, xüsusi ilə də kəndlərə hakim kəsilən yoxsulluq problemi təhsil məsələsinin ötəsindədir. Problemi aradan qaldırmaq üçün bütün məsullar aktivlik göstərməli və bir-biri ilə əməkdaşlıq etməlidir. Təhsil Şöbəsi yeni dərs ilində təhsil sistemindən kənarda qalanların barəsində araşdırmalara  başlayıb.

 

“Çaldıran və Poldəşt şəhərlərində təhsil ocaqları münasib vəziyyətdədir. Buna baxmayaraq şagirdlərin yalnız 45 faizi orta məktəbdə təhsilini davam etdirir. Məktəbi tərk edən şagirdlərin əksəriyyəti qız uşaqlarıdır. Onların ailəsi iqtisadi və mədəni yoxsulluqdan qızlarının məktəbə getməsini istəmir”- deyə Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi bildirib.

 

İ.Məhəmmədinin sözlərinə görə, Qərbi Azərbaycan məktəblərində 751 su, işıq və qaz xəttində problem yaşanır.

 

İran rejiminin ayrı-seşkilik siyasəti nəticəsində Güney Azərbaycanda iqtisadi tənəzzül günü-gündən dərinləşir. Bu problem həyatın bütün sahələri, o cümlədən təhsil sahəsinə də öz təsirini qoyur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar