Bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin rəisi cavad Ağazadə məlumat verib.
Gunaz.tv
“Fars” xəbər agentliyinin yazdığına görə, Ağazadə yoluxanlardan 70 nəfərinin xəstəxanalara yerləşdirildiyini bildirib.
Onun dediyinə görə, hal-hazırda əyalət xəstəxanalarında müalicə alan koronovirus xəstələrinin sayı 457 nəfərdir. Onlardan 128 nəfəri reanimasiya şöbələrində xüsusi nəzarət altına alınıb, 22 nəfəri isə süni tənəffüs aparatlarına qoşulub.
Cavad Ağazadə yoluxma və xəstəxanalara, özəlliklə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayında ciddi çoxalma olduğunu, bunu ötən aylara nisbətən 30% artdığını söyləyib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində mutasiyaya uğramış yeni növ Britaniya virusunun yayılma təhlükəsi artıb. Son günlər iki nəfərdə koronovirusun Britaniya variantı aşkar edilib. Əyalətlə İraq arasında iki keçid məntəqəsi qapadılıb.
C.E