Qərbi Azərbaycan əyalətində yerləşən 1251 məktəbin istilik sistemi qeyri- standartdır və yenilənməyə ehtiyacı var.
Gunaz.tv
Bu barədə Qərbi Azərbaycan əyalətinin Restovrasiya, İnkiaf və Təchizat İdarəsinin müdiri Sepidə Tayyib Qasımi məlumat yayıb.
O iddia edib ki, gələn aylarda həmin məktəblərin istilik sistemlərinin əvəz edilməsi işinə başlanılacaq. Köhnə, sıradan çıxmış soba və digər qeyri- standart vasitələr elektrik radiatorları ilə əvəz ediləcək.
Rəsmi, həmçinin qeyd edib ki, əyalətdə yerləşən məktəblərin 30%-nin binası da yararsız vəziyyətdədir və onlar ya sökülüb yenidən tikilməli, ya da əsaslı şəkildə təmir olunmalıdır.
Sepidə Tayyib Qasıminin sözlərinə görə, hazırda Qərbi Azərbaycan əyaləti ərazisində 410 ədəd ədəd vaqon tipli sinif otağı var.
Rəsmi sonda bildirib ki, əyalətin ucqar bölgələrində yerləşən və qaz təminatı olmayan 517 sinif otağı neft sobası vasitəsilə isidilir və bu şərait qeyri- standart hesab edilir.
Ə.A